Abbasəli Əliyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Nukha (müzakirə | redaktələr)
Redaktənin izahı yoxdur
Sətir 50: Sətir 50:


==Ailəsi==
==Ailəsi==
[[Şəkil:A.Aliyevin ailesi.jpg|thumb|250px|''Abbasəli Əliyev qızı Gülrux və nəvələri ilə birlikdə'']]
[[Şəkil:A.Aliyevin ailesi.jpg|thumb|250px|''Abbasəli Əliyev qızı Şərafət və nəvələri ilə birlikdə'']]
*''Həyat yoldaşı'': '''Xavər Əliyeva''' həkim-bakterioloq olub. 1979-cu ildə [["Əmək veteranı" medalı|“Əmək veteranı” medalı]], 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
*''Həyat yoldaşı'': '''Xavər Əliyeva''' həkim-bakterioloq olub. 1979-cu ildə [["Əmək veteranı" medalı|“Əmək veteranı” medalı]], 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
*''Övladları'': '''İsmayıl''', '''Şərafət''' və '''Gülrux''' – hər üçü musiqiçidir.  
*''Övladları'': '''İsmayıl''', '''Şərafət''' və '''Gülrux''' – hər üçü musiqiçidir.  

11:18, 6 noyabr 2020 versiyası

Abbasəli Əliyev
Əliyev Abbasəli Abdurəhman oğlu
Abbasəli Əliyev
Abbasəli Əliyev
Anadan olub 15 may 1911(1911-05-15)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Azərbaycan SSR, SSRİ
Vəfat edib 23 avqust 1985 (74 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan SSR, SSRİ
Uşaqları Şərafət Əliyeva-Əzizova, İsmayıl Əliyev
Vətəndaşlıq SSRİ
Peşəsi həkim
Milliyyəti azərbaycanlı
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı"Qırmızı Ulduz" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Abbasəli Əliyev (Əliyev Abbasəli Abdurəhman oğlu; d. 15 may 1911-ci ildə, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 23 avqust 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – hərbçi-həkim, sovet ordusu kapitanı, Böyük Vətən müharibəsi iştirakçısı.

Haqqında məlumatlar

15 may 1911-ci il mayın 15-də Nuxada anadan olub.

Təhsili

1936-cı ildə Şəki Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.

1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

Hərbi xidmətdə

1941-ci ildə Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, hərbçi-həkim kimi sovet ordusunda xidmətə çağırılıb. Müharibə qurtardıqdan sonra da hərbi qulluqda qalıb və 17 il Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və bir neçə digər şəhərdə hərbçi həkim kimi çalışıb. 1957-ci ildə kapitan rütbəsi ilə sovet ordusundan tərxis olunub.

Mülki xidmətdə

1957 – 1985-ci illərdə əmək fəaliyyətini Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında davam etdirib.

Vəfatı

15 avqust 1985-ci il tarixdə Şəkidə dünyasını dəyişib.

Ailəsi

Abbasəli Əliyev qızı Şərafət və nəvələri ilə birlikdə
  • Həyat yoldaşı: Xavər Əliyeva həkim-bakterioloq olub. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
  • Övladları: İsmayıl, ŞərafətGülrux – hər üçü musiqiçidir.
    • Oğlu: İsmayıl Əliyev musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
    • Qızı: Şərafət Əliyeva-Əzizova, müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirməkdədir.

Mükafatları

Şablon:Yaxşı məqalə