"Rəcəb Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Şəkil = Rəcəb Əfəndizadə3.JPG | |Şəkil = Rəcəb Əfəndizadə3.JPG | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
− | |Şəklin izahı = Rəcəb Əfəndizadə | + | |Şəklin izahı = Rəcəb Əfəndizadə 1922-ci ildə. |
|İlk adı = | |İlk adı = | ||
|Təxəllüsü = | |Təxəllüsü = |
18:42, 19 dekabr 2020 versiyası
Rəcəb Əfəndizadə | |
---|---|
Əfəndizadə (Əfəndiyev) Rəcəb Əsədulla oğlu | |
Rəcəb Əfəndizadə | |
Rəcəb Əfəndizadə 1922-ci ildə. | |
Doğum tarixi | 1893 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 20 dekabr 1956 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Rəvəb Əfəndizadə (1893 – 1956) — maarif xadimi, pedaqoq-alim, yazıçı vә tәrcümәçi.
Haqqında məlumatlar
1893-cü ildə Nuxada anadan olub.
Təhsili
1900 – 1901-ci illərdə Nuxadakı mollaxanada,
1902 – 1910-cu illərdə altısinifli şəhər məktəbində oxuyub.
1910 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültәsini bitirib.
Əmək fəaliyyəti
1914 – 1915-ci illərdə Göyçay şәhәr mәktәbindә,
1915 – 1922-ci illərdə isə Nuxa kişi-qadın gimnaziyasında müәllim işləyib.
1922 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,
1928 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.
1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor olub. O cümlədən,
1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində çalışıb.
1945 – 1949-cu illərdə Azәrbaycan Dövlәt Qiyabi Pedaqoji İnstitutunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri olub.
Rəcəb Əsədulla oğlu Əfəndizadə (1893, Şəki - 20.12.1956, Bakı) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu.[1]
Haqqında məlumatlar
Ali Pedaqoji İn-tda müәllim vә dosent (1929–34), Azәrb. Dövlәt Qiyabi Pedaqoji İn-tunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–49) işlәmişdir. “Türk qiraәti” (1918) dәrsliyini nәşr etdirmiş, “İş otağı” (1933), “Müәllimlәrin ixtisasını artırma işinin tәşkili” (1934), “Fiziki coğrafiya” (1935), “İzahlı pedaqoji lüğәt” (1939), “Şagirdlәrin fiziki tәrbiyәsi vә hәrbi hazırlığı” (1942), “Uşaqlarda sәhiyyә vәrdişlәri tәrbiyәsi” (1947) vә s. әsәrlәri ilә Azәrb.-da xalq maarifi vә tәrbiyә işinin elmi-metodiki әsaslar üzәrindә qurulmasında mühüm rol oynamışdır. Avropa vә rus pedaqogikasının klassiklәri Y.A.Komenski, İ.H.Pes talotsi, K.D.Uşinskinin pedaqoji fikirlәrini Azәrb. pedaqogikasına Ə. daxil etmişdir. Ali vә orta mәktәblәr üçün Moskvada nәşr olunan “Psixologiya” vә “Pedaqogika” dәrsliklәrinin ilk tәrcümәçisidir. Ə. bәdii yaradıcılıqla da mәşğul olmuş, uşaqlar üçün “İnsanlar birbirinә möhtacdır” (1911), “Gimnazist Vahid” (1911) vә s. hekayәlәrini, “Axır çәrşәnbә” (1913) pyesini yazmışdır.
Rəcəb Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.[2]
Şəkidə mollaxanada (1900-1901), altısinifli şəhər məktəbində (1902-1910), Qori Müəllimlər Seminariyasında (1910-1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914-1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915-1922), Şəki Pedaqoji Texnikumunda (1922-1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929-1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945-1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s. yazmışdır.[1]
Ədəbiyyatİstifadə edilmiş mənbələr
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Rəcəb Əsədulla oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 154 – 155. — 1.000 nüsx.
- ƏFƏNDİZADƏ Rəcəb Əsədulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
- R
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1893-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 20 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1956-cı ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr