Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rəcəb Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəcəb Əfəndizadə
Əfəndiyev Rəcəb Əsədulla oğlu
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə 1922-ci ildə.
Doğum tarixi 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 20 dekabr 1956 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi pedaqogika
Elmi adı dosent
Təhsili

 • Qori Müəllimlər Seminariyası (1909–1914)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, pedaqogika fakultәsi (–1930)

Rəcəb Əfəndizadə (1893–1956) — maarif xadimi, pedaqoq-alim, yazıçı və tərcüməçi. Nuxa Pedaqoji Texnikumunun ilk direktoru olub.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1893-cü ildə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1902 – 1903-cü illərdə Nuxadakı mədrəsədə,

1903 – 1909-cu illərdə isə altısinifli şəhər məktəbində oxuyub.

1909 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.

1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakultәsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Rəcəb Əfəndizadə 1952-ci ildə.

1914 – 1915-ci illərdə Göyçay şəhər məktəbinin,

1915 – 1922-ci illərdə Nuxa kişi-qadın gimnaziyasının,

1920 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,

1927 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.

1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor vəzifəsində çalışıb. O cümlədən,

1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində işləyib.

1945 – 1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri olub.

Elmi-pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1912-ci ildə – hələ 19 yaşı olarkən, rus dilində qələmə aldığı “Tərbiyə sistemində həvəsləndirmə və cəza” adlı 2 çap vərəqi həcmində elmi-metodik əsəri Qori Müəllimlər Seminariyasının iclasında oxunmuş və yüksək qiymətləndirilmişdir.

1917-ci ildə, tərtib etdiyi 160 səhifəlik “Türk çələngi” adlı dərslik Nuxada çap olunub.

1931-ci ildə “İş yeri seçmənin pedaqoji prinsipləri”,

1933-cü ildə “İş otağı”,

1934-cü ildə “Müəllimlərin ixtisasını artırma işinin təşkili”,

1935-ci ildə “Fiziki coğrafiya”, “Kurs işlərinin metodları”, “Xalq maarifi üzrə məlumat kitabı”,

1936-cı ildə “Qiyabi təhsil sistemində şifahi konsultasiya”,

1939-cu ildə “İzahlı pedaqoji lüğət”,

1942-ci ildə “Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı” və s. adlı elmi-metodiki işləri çap olunub.

Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski, İ.H.Pes Talotsi, K.D.Uşinskinin pedaqoji fikirlərini Azərbaycan pedaqogikasına ilk dəfə Rəcəb Əfəndizadə gətirmişdir. Ali və orta məktəblər üçün Moskvada nəsr olunan “Psixologiya” və “Pedaqogika” dərsliklərinin ilk tərcüməçisidir.

Ədəbi yaradıcılığı[redaktə | HTML redaktə]

1911-ci ildə “Yeni İrşad” qəzetində “Gimnazist Vahid, yaxud müəllimlərə ibrət”, “Aclar”, “Əttar dükanında”, “Rahat olmaq istəyirəm”, “Tərbiyə qurbanı” adlı hekayələri,

1912-ci ildə “Məktəb” jurnalında “Axır çərşənbə” pyesi,

1914-cü ildə “İqbal” qəzetində “Kimdir o?” və “Yaxşılıq” adlı hekayələri,

1915-ci ildə “Dirilik” jurnalında hissə-hissə “Namus” povesti dərc olunub.

1917-ci ildə Nuxa mətbəəsində “Namus” povesti kitabça şəklində çap olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Rəcəb Əsədulla oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 154-155. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Rəcəb Əsədulla oğlu Əfəndiyev // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 104 – 109. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. ƏFƏNDİZADƏ Rəcəb Əsədulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 598 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 221. — ISBN 978-9952-441-13-0.