Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 85: Sətir 85:
 
* “[[Azərbaycan SSR əməkdar elm xadimi]]” fəxri adı (1973);
 
* “[[Azərbaycan SSR əməkdar elm xadimi]]” fəxri adı (1973);
 
* [[Azərbaycan SSR dövlət mükafatı]] (1974);
 
* [[Azərbaycan SSR dövlət mükafatı]] (1974);
* [["Qırmızı Əmək Bayrağı" ordeni|“Qırmızı Əmək Bayrağı” ordeni]];
+
* [["Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)|“Qırmızı Əmək Bayrağı” ordeni]];
 
* medallar.
 
* medallar.
  

01:19, 10 aprel 2021 versiyası

Əbdüləzəl Dəmirçizadə
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu
Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Dəmirçizadə.
Doğum tarixi 8 iyul 1909(1909-07-08)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 10 aprel 1979 (69 yaşında)
İş yeri V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutu, azər­baycan dilçiliyi kafed­rası (müdir)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Evladı Rövzət Dəmirçizadə
Üzvlüyü Azərbaycan SSR EA-nın müxbir üz­vü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1973Azərbaycan SSR dövlət mükafatı — 1974
Şablon:"Qırmızı Əmək Bayrağı" ordeni

Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üz­vü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunun azər­baycan dilçiliyi kafed­rasının müdiri.

Haqqında məlumatlar

8 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada ibtidai və or­ta təh­sil alıb.

Nuxa Müəllimlər Se­mi­nariyasını bitirib.

1929-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin peda­qoji fakültə­sinə,

1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1925-ci ildən Nuxa şəhər 2 saylı mək­tə­bində müəl­lim işləyib.

Ədəb-publisistik fəaliyyəti

1925-ci ildə ilk məqaləsi «Yeni Məktəb» məc­muəsində dərc olunub.

Gəncliyində bədii yaradı­cılığa bö­yük həvəs göstərib, bir sıra şeirlər, heka­yə­lər və oçerklər yazıb.

Elmi fəaliyyəti

1936-cı ildə «Türk dili» adlı ilk elmi kitabı,

1938-ci ildə «Azər­bay­can ədəbi dili tarixinin xüla­sə­ləri» adlı ikinci kitabı çap olunub.

1940-cı ildə filolo­giya elmləri nami­zə­di elmi dərəcəsini alıb.

1944-cü ildə «Azərbaycan di­linin ta­rixi (qədim dövr)» mövzusunda dok­tor­luq disser­ta­siyası müdafiə edib.

1945-ci il­də professor elmi adını alıb.

1955-ci il­də Azərbaycan SSR EA-nın müxbir üz­vü seçil­ib.

Onun 20-dən çox ki­tabı, 200-dən artıq elmi və elmi-me­to­dik məqa­ləsi çap olun­ub.

50-dən çox elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1940 – 1943-cü illərdə S.M.kirov adına Azər­baycan Dövlət Universi­tetində,

1943 – 1979-cu illərdə V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunda azər­baycan dilçiliyi kafed­rasının müdiri olub.

İkinci iş yerləri

1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.

Təltif və mükafatları

Vəfatı

10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Bakıda bir küçəyə adı verilib.

Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.

Ədəbiyyat

  1. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III  cild. — Səhifələrin sayı:  628. — Səh.: 406. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 103 – 106. — 1.000 nüsx.
  3. Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 182 – 185. — 500 nüsx.
  4. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
  5. "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.