"Səadət Əsgərzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 57: | Sətir 57: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1971-ci ildə təyinatla Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunda işləməyə göndərilib; o cümlədən, bu institutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi, | + | 1971-ci ildə təyinatla Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunda işləməyə göndərilib; o cümlədən, bu institutda əvvəl texnik, sonra kiçik elmi işçi, daha sonra baş elmi işçi, |
− | 1993-cü ildən isə neftin kompleks emalı və texniki-iqtisadi tədqiqatlar laboratoriyasının müdiri | + | 1993-cü ildən isə neftin kompleks emalı və texniki-iqtisadi tədqiqatlar laboratoriyasının müdiri vəzifəsində işləyib. |
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== |
19:42, 17 iyul 2021 versiyası
Səadət Əsgərzadə | |
---|---|
Əsgərzadə Səadət Məmmədəmin qızı | |
Səadət Əsgərzadə | |
Səadət Əsgərzadə. | |
Doğum tarixi | 14 oktyabr 1949 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası (laboratoriya müdiri) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1966–1971) • Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutu, aspirantura (1971–1974) |
Atası | Məmmədəmin Əsgərzadə |
Mükafatları |
|
Səadət Əsgərzadə — texnika elmləri doktoru, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyasının müdiri.
Haqqında məlumatlar
14 oktyabr 1949-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1966-cı ildə Bakı şəhər 175 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,
1971 – 1974-cü illərdə Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1977-ci ildə “Katalitik krekinq benzinləri əsasında etilləşmiş yüksək oktanlı Aİ-93 benzinləri alınmasının kompleks sxemlərinin işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyasını,
2006-cı ildə isə “Yüksək keyfiyyətli yanacaq və yağların istehsalını təmin edən Azərbaycanın Neft Emalı zavodlarında neftin səmərəli emal sxemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çap olunmuş 87 elmi əsərin (13-ü xaricdə çap olunub) müəllifidir.
Əmək fəaliyyəti
1971-ci ildə təyinatla Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunda işləməyə göndərilib; o cümlədən, bu institutda əvvəl texnik, sonra kiçik elmi işçi, daha sonra baş elmi işçi,
1993-cü ildən isə neftin kompleks emalı və texniki-iqtisadi tədqiqatlar laboratoriyasının müdiri vəzifəsində işləyib.
Təltif və mükafatları
- SSRİ XTNS-nin “Bürünc” medalı (1963, 1982);
- “Əmək veteranı” medalı;
- AMEA Rəyasət Heyətinin fəxri fərmanı;
- “Tərəqqi” medalı.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əsgərzadə Səadət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 148 – 150. — 1.000 nüsx.
- Neft-Kimya Prosesləri İnstitutunun elmlər doktorları/Əsgərzadə Səadət Məmməd Əmin qızı : [arx. 17.07.2021] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 14 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1949-cu ildə doğulanlar
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- XTNS bürünc medalı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə