"Abuzər Rəsulov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Şəkil = Resulov.jpg | |Şəkil = Resulov.jpg | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
− | |Şəklin izahı = Abuzər Rəsulov | + | |Şəklin izahı = Abuzər Rəsulov. |
|Doğum tarixi = {{doğum tarixi|1907|12|16}} | |Doğum tarixi = {{doğum tarixi|1907|12|16}} | ||
|Doğum yeri = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}} | |Doğum yeri = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}} | ||
Sətir 87: | Sətir 87: | ||
=== Vəfatı === | === Vəfatı === | ||
2001-ci ildə – 94 yaşında, Bakıda vəfat edib. | 2001-ci ildə – 94 yaşında, Bakıda vəfat edib. | ||
+ | |||
+ | == İstinadlar == | ||
+ | {{İstinad siyahısı}} | ||
== Ədəbiyyat == | == Ədəbiyyat == |
19:21, 2 sentyabr 2021 versiyası
Abuzər Rəsulov | |
---|---|
Rəsulov Abuzər Məmməd oğlu | |
Abuzər Rəsulov. | |
Doğum tarixi | 16 dekabr 1907 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 2001 | (94 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• Nuxa Müəllimlər Seminariyası (1921–1925) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat şöbəsi (1929–1932) |
Mükafatları |
Abuzər Rəsulov (1907–2001) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Haqqında məlumatlar
16 dekabr 1907-ci il tarixdə Nuxada (indiki Şəki), dəmirçi ailəsində anadan olub.
Təhsili
1915 – 1918-ci illərdə üçillik ibtidai məktəbdə oxuyub.
1920 – 1921-ci illərdə Nuxa nümunə-zəhmət məktəbində,
1921 – 1925-ci illərdə Nuxa Müəllimlər Seminariyasında,
1929 – 1932-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu fizika-riyaziyyat şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1918 – 1920-ci illərdə atasının dəmirçi emalatxanasında işləyib.
1925-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi işləyib.
1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub.
1932 – 1934-cü illərdə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumunda fizika-riyaziyyat müəllimi vəzifəsində işləyib; 1934-cü ildə texnikum Bakıya köçürülüb.
1934 – 1937-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində assistent və baş müəllim,
1945 – 1952-ci illərdə eksperimental fizika kafedrasında baş müəllim,
1952 – 1978-ci illərdə molekulyar fizika kafedrasında dosent,
1978-ci ildən fizika fakültəsinin optika və molekulyar fizika kafedrasının professoru olub.
Elmi fəaliyyəti
1951-ci ildə “Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması” mövzusunda namizədlik,
1973-cü ildə isə “Rezinin deformasiya və quruluşu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Bir sıra jurnallarda 80-dən çox elmi, elmi-metodik məqalələri dərc olunub. Müxtəlif konfranslarda, seminarlarda 100-dən çox elmi məruzə ilə çıxış edib.
Böyük Vətən müharibəsində
1941-ci ilin noyabrında Bakı şəhər Caparidze Rayon Hərbi Komissarlığından orduya çağırılıb. Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib.
19 fevral 1945-ci il tarixdə baş leytenant hərbi rütbəsi ilə ordudan tərxis olunub.
Təltif və mükafatları
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı[1];
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (1985)[2];
- “Qırmızı Əmək Bayrağı” ordeni.
Vəfatı
2001-ci ildə – 94 yaşında, Bakıda vəfat edib.
İstinadlar
Ədəbiyyat
- Расулов Абузар Мамед-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Расулов (Рассулов) Абузар Мамед-оглы (Мамедович) : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Məmmədov Ə., Xalıqov F. Rəsulov Abuzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 468-470. — 1.000 nüsx.
- Mete Ə. Görkəmli fizik // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 230 – 232. — 500 nüsx.
- Şükürov R., Orsər R. Rəsulov Abuzər Məmməd oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 189. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1907-ci ildə doğulanlar
- 16 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 2001-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə