"İskəndər xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = Xoyski İskəndər xan Kəlbəli xan oğlu | |Tam adı = Xoyski İskəndər xan Kəlbəli xan oğlu | ||
|Şəkil = Seltenet_beyim.jpg | |Şəkil = Seltenet_beyim.jpg | ||
− | |Şəkil miqyası = | + | |Şəkil miqyası = 220 |
|Şəkil məlumat = İsgəndər xan Xoyskinin qızı [[Səltənət bəyim|Səltənət bəyimin]] [[Xan qəbiristanlığı (Şəki)|Şəki Xan qəbiristanlığındakı]] baş daşı, 2009. | |Şəkil məlumat = İsgəndər xan Xoyskinin qızı [[Səltənət bəyim|Səltənət bəyimin]] [[Xan qəbiristanlığı (Şəki)|Şəki Xan qəbiristanlığındakı]] baş daşı, 2009. | ||
|Həyat dövrü = | |Həyat dövrü = |
10:32, 16 sentyabr 2021 versiyası
İskəndər xan Xoyski | |
---|---|
Xoyski İskəndər xan Kəlbəli xan oğlu | |
İsgəndər xan Xoyskinin qızı Səltənət bəyimin Şəki Xan qəbiristanlığındakı baş daşı, 2009. | |
Doğum tarixi | ≈ 16 sentyabr 1819 |
Doğum yeri | ≈ Nuxa (indiki Şəki), Şəki əyaləti, Rusiya İmperiyası |
Vəfat tarixi | 16 iyul 1894 (74 yaşında) |
Dəfn yeri | Səbiskar qəbiristanlığı |
Uşaqları | Səltənət bəyim, Tuti bəyim, Cahangir xan, Hüseynqulu xan Xoyski, Fətəli xan Xoyski, Rüstəm xan Xoyski |
Atası | Kəlbəli xan Xoyski |
Anası | Sara bəyim |
Arvadları | Səadət bəyim Xoyski, şəkili Hacı Molla Zeynalabdinin qızı Şəhrəbani, ? |
Hərbi fəaliyyəti | |
Rütbə |
General-leytenant |
Təltifləri |
İskəndər xan Xoyski (≈1819–1894) — Rusiya İmperator Ordusunun general-leytenantı. Rusiya İmperator Ordusunun general-mayoru Kəlbəli xan Xoyskinin oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin atasıdır.
Haqqında məlumatlar
Rəsmi sənədlərdə 25 may 1820-ci il tarixdə Yelizavetpolda (indiki Gəncə) anadan olduğu göstərilsə də, çox böyük ehtimal var ki, o, əslində 1819-cu ilin sentyabr ayında Nuxada (indiki Şəki) anadan olmuşdur[1].
Əmək fəaliyyəti və hərbi xidməti
19 noyabr 1841-ci il tarixdə Zaqafqaziya müsəlman-suvari alayında naib kimi xidmətə başlayıb.
7 avqust 1842 il tarixdən çar ordusunun zabiti olub[2].
22 oktyabr 1847-ci il tarixdə leyb-qvardiyaya kornet rütbəsi alıb.
1848-cu ildə − Nuxa şəhərinin siyahıyaalma aktlarında 30 yaşlı qvardiya proporşiki kimi qeydə alınıb.
6 dekabr 1852-ci il tarixdə ştabs-rotmisr,
15 aprel 1854-cü ildə totmistr rütbəsi alıb.
1860-cı ildə − Nuxa şəhərinin siyahıyaalma aktlarında 42 yaşında və qvardiya polkovniki rütbəsində qeydə alınıb.
1875-ci ildə Nuxada barışdırıcı hakim vəzifəsində çalışırdı və polkovnik rütbəsində idi.
15 may 1883-cü il tarixdə general-mayor (1524 manat maaşla)[2] rütbəsi alıb.
1887-ci ildə zabit çinində (XL) Qüsursuz xidmət nişanı ilə mükafatlandırılıb[3].
21 aprel 1888-ci il tarixli “Kavkaz” qəzetində adı Nuxa qəzasında yaşayan varlı şəxsərlə bir sırada qeyd edilib.
16 dekabr 1889-cu il tarixdə general-leytenant rütbəsi alıb.
Təltif və mükafatları
- 3-cü dərəcəli Müqəddəs Anna ordeni (23.02.1849);
- 2-cü dərəcəli Müqəddəs Stanislav ordeni (4.07. 1859);
- 4-ci dərəcəli Müqəddəs Vladimir ordeni (27.09.1871);
- 2-cü dərəcəli Müqəddəs Anna ordeni (16.11.1871) ordeni;
- qılınc;
- Georgi xaçı (11.10.1914);
- və başqa təltiflər.
Ailəsi
İskəndər xan birinci nikahda Səadət bəyim İsmayıl xan Xoyskinin qızı ilə, ikinci nikahda Şəhribanu xanım Molla Hacı Zeynal qızı ilə ailə qurmuşdur.
Vəfatı
16 iyul 1894-cü il tarixdə vəfat edib.
İstinadlar və qeydlər
- ↑ Belə ki Şəki xanı İsmayıl xan Xoyskinin 24 iyul 1819-cu il tarixdə vəfat etməsindən sonra rus hakimiyyət dairələri Şəki xanlığının ləğv edilməsinə, mərhum xanın ailə üzvlərinin, həmçinin xoyluların Nuxadan çıxarılmasına qərar vermişdilər. Həmin vaxt İsmayıl xanın əmisi oğlu Kəlbəli bəy və Kəlbəli bəyin arvadı olan bacısı Sara bəyim hələ bir müddət burada qalmalı olmuşdular. Həmin ilin 25 avqustunda tərtib edilmiş sənəddə onların ləngimələri və bunun səbəbi belə göstərilir: “Sara bəyim 20 günə doğmalıdır, səhhətinin pisləşə biləcəyindən çəkinərək Nuxanı tərk etmək istəmir”. Əgər həmin sənəddə proqnozlaşdırıldığı kimi həqiqətən də Sara bəyim hamiləlik yükündən 20 gün ərzində azad olubsa və bu vaxta qədər yaşadığı şəhəri tərk etməyibsə, deməli, onun övladı 1819-cu ilin sentyabr ayında, özü də Nuxa şəhərində dünyaya göz açmışdır. Nuxa şəhərinin 1848-cu il siyahıyaalma aktlarında 30 yaşlı qvardiya proporşiki İsgəndər xan Kəlbəli oğlu qeydə alınıb. 1860-cı ildə tərtib olunmuş ikinci – analoji sənəddə isə eyni şəxs 42 yaşında və lakin bu dəfə qvardiya polkovniki rütbəsində göstərilib. Bunlara əsasən isə 1819-cu ilin sentyabr ayı tarixini tərəddüd etmədən İsgəndər xanın anadan olduğu vaxt hesab etmək mümkündür.
- ↑ 2,0 2,1 Список генералам по старшинству. Испр. по 1-е сентября [1886]. — 1886. — [2], XXVIII, 810 с. Стр. 650
- ↑ Список генералам по старшинству. 1889. — СПб., 1889, с. 584
Ədəbiyyat
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- "Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003". 2003-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-08-12.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- 1819-cu ildə doğulanlar
- 16 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 16 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1894-cü ildə vəfat edənlər
- General-leytanantlar (Rusiya İmperiyası)
- III dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- ATŞCX-nə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə