"Abdulla bəy Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 20: | Sətir 20: | ||
|Atası = Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819–892) | |Atası = Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819–892) | ||
|Anası = Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı | |Anası = Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı | ||
− | |Təhsili = Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888–1894) | + | |Təhsili = {{*}}Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888–1894) |
− | Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895–1899) | + | {{*}}Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895–1899) |
|İxtisası = | |İxtisası = | ||
|Fəaliyyəti = | |Fəaliyyəti = | ||
Sətir 37: | Sətir 37: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Abdulla bəy Əfəndizadə''' (1873–1928) — tanınmış maarif xadimi, pedaqoq, yazıçı və tərcüməçi. Azərbaycan parlamentinin (1918–1920) Nuxa şəhərindən seçilmiş deputatı olub. [[Rəşid bəy Əfəndiyev|Rәşid bәy Əfәndiyevin]] qardaşı, Azərbaycan Radio və Televiziyasi Klassik musiqi şöbəsinin müdiri | + | '''Abdulla bəy Əfəndizadə''' (1873–1928) — tanınmış maarif xadimi, pedaqoq, yazıçı və tərcüməçi. Azərbaycan parlamentinin (1918–1920) Nuxa şəhərindən seçilmiş deputatı olub. [[Rəşid bəy Əfəndiyev|Rәşid bәy Əfәndiyevin]] qardaşı, Azərbaycan Radio və Televiziyasi Klassik musiqi şöbəsinin müdiri Aslan Əfəndiyevin atasi, şair [[Hikmət Ziya|Hikmət Ziyanın]] isə babasıdır. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
19:05, 14 yanvar 2022 versiyası
Abdulla bəy Əfəndizadə | |
---|---|
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu | |
Abdulla bəy Əfəndizadə. | |
Doğum tarixi | 4 mart 1873 |
Doğum yeri | Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 1928 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Atası | Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819–892) |
Anası | Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı |
Həyat yoldaşları | Alagöz xanım Əfəndiyeva, Şəkər xanım Əfəndiyeva |
Uşaqları | Ziya Əfəndiyev, Nailə xanım Əfəndiyeva, Bahadur bəy Əfəndiyev, Şamil bəy Əfəndiyev, İsmayil Əfəndiyev, Aslan Əfəndiyev |
Təhsili |
• Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888–1894) • Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895–1899) |
Abdulla bəy Əfəndizadə (1873–1928) — tanınmış maarif xadimi, pedaqoq, yazıçı və tərcüməçi. Azərbaycan parlamentinin (1918–1920) Nuxa şəhərindən seçilmiş deputatı olub. Rәşid bәy Əfәndiyevin qardaşı, Azərbaycan Radio və Televiziyasi Klassik musiqi şöbəsinin müdiri Aslan Əfəndiyevin atasi, şair Hikmət Ziyanın isə babasıdır.
Haqqında məlumatlar
4 (16) mart 1873-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1880 – 1888-ci illərdə Nuxada evdə və məhəllə məktəbində ibtidai,
1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik üzrə orta ixtisas,
1895 – 1899-ci illərdə Aleksandr Müəllimlər İnstitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji təhsil alıb.
Əmək fəaliyyəti
1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb. Daha sonra müxtəlif məktəblərdə müəllim və müdir (1898–1920) işləyib.
İctimai-siyasi fəaliyyəti
1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.
1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.
Ədəbi, elmi, pedaqoji-elmi və tərcüməçilik fəaliyyəti
1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində Nuxada topladığı folklor nümunələri,
1906-cı ildə “Rüstəmin yuxusu” adlı kitabı,
1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,
1914-cü ildə “Şagirdlərə hədiyyə” adlı kitabı,
1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.
Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.
Vəfatı
1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 214. — ISBN 978-9952-441-13-0.
- Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.
- Mərdanov M, Tahirzadə Ə. ƏFƏNDİZADƏ (AZAQBƏYLİ) Abdulla bəy İsmayıl əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 253-263. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 1873-cü ildə doğulanlar
- 4 martda doğulanlar
- Martda doğulanlar
- 1928-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə