Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Axsartan I" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 47: Sətir 47:
 
Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında [[Şirvanşahlar dövləti|Şirvana]] qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür.
 
Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında [[Şirvanşahlar dövləti|Şirvana]] qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür.
  
“Tarix-i əl-Bab”a görə Əbüləsvar Şavur 1065-сi ildə isə alınmaz bir qala hesab edilən Vecinini mühasirəyə alır; qalanın yaxınlığında öz düşərgəsini qurur və zor yolu ilə qalanı tutub ora öz adamlarını yerləşdirir. Bundan sonra [[Gəncə]]yə qayıdır və ordusunu evə buraxır. Bu zaman – 1065-ci ilin oktyabr ayında,  alanlar böyük dəstələrlə Bab-Allandan çıxıb Şəki və Xazrana gəlirlər.
+
“Tarix-i əl-Bab”a görə Əbüləsvar Şavur 1065-сi ildə isə alınmaz bir qala hesab edilən Vecinini mühasirəyə alır; qalanın yaxınlığında öz düşərgəsini qurur və zor yolu ilə qalanı tutub ora öz adamlarını yerləşdirir. Bundan sonra Gəncəyə qayıdır və ordusunu evə buraxır. Bu zaman – 1065-ci ilin oktyabr ayında,  alanlar böyük dəstələrlə Bab-Allandan çıxıb Şəki və Xazrana gəlirlər.
  
{{Sitat2|Bundan sonra onlar “''dinsiz şəkililər''”lə birlikdə Arran ərazisinə hücum etdilər.  Onlar Arranın hər yerində vurnuxur, müqavimətə rast gəlmədən onun dağlarında və düzlərində azğın basqınlar edərək qətl və qarətlər törədirdilər. Sərhəd vilayəti olan [[Şəmkir]]in girişində onlar 200 nəfərdən çox din yolunda könüllü-döyüşçünü öldürdülər. Onlar həmçinin Gəncə qapılarına basqın etdilər və ətraf kəndlərdə kimi tapdılarsa hamısını öldürdülər. Əbüləsvar hərbi rəisləri ilə birlikdə Gəncədə yerləşmişdi və onların gözünə görünməyə, döyüşməyə cəsarət etmədilər. Sonra lənətə gəlmiş düşmənlər Bərdəyə yollandılar və onun qapıları önündə üç gün qaldılar. Onlar vilayətə basqınlar etdilər və onun sərhədlərini keçərək Araz çayı yaxınlığındakı Xanakinə çatdılar. Arran ölkəsindən onlar çoxlu sayda - sayagəlməz miqdarda müsəlmanı və onların müttəfiqlərini əsir götürdülər”{{sfn|Мунадджим-Баши|1957|p=}}{{sfn|Əliyev Ş. H.|2007|p=110}}.}}
+
{{Sitat2|Bundan sonra onlar “''dinsiz şəkililər''”lə birlikdə Arran ərazisinə hücum etdilər.  Onlar Arranın hər yerində vurnuxur, müqavimətə rast gəlmədən onun dağlarında və düzlərində azğın basqınlar edərək qətl və qarətlər törədirdilər. Sərhəd vilayəti olan Şəmkirin girişində onlar 200 nəfərdən çox din yolunda könüllü-döyüşçünü öldürdülər. Onlar həmçinin Gəncə qapılarına basqın etdilər və ətraf kəndlərdə kimi tapdılarsa hamısını öldürdülər. Əbüləsvar hərbi rəisləri ilə birlikdə Gəncədə yerləşmişdi və onların gözünə görünməyə, döyüşməyə cəsarət etmədilər. Sonra lənətə gəlmiş düşmənlər Bərdəyə yollandılar və onun qapıları önündə üç gün qaldılar. Onlar vilayətə basqınlar etdilər və onun sərhədlərini keçərək Araz çayı yaxınlığındakı Xanakinə çatdılar. Arran ölkəsindən onlar çoxlu sayda - sayagəlməz miqdarda müsəlmanı və onların müttəfiqlərini əsir götürdülər”{{sfn|Мунадджим-Баши|1957|p=}}{{sfn|Əliyev Ş. H.|2007|p=110}}.}}
  
 
===Daskarat əl-Hüseyn qalasına sahib olması===
 
===Daskarat əl-Hüseyn qalasına sahib olması===

15:36, 9 sentyabr 2022 versiyası

Axsartan I
Şəki-Kaxeti hökmdarı
(ranların və kaxların çarı[1])
1058 [2] — 1082
Sələfi Qaqik
Xələfi II Kvirike
Varisi II Kvirike
Şəxsi məlumatlar
Dini 1067/1068-cı ilədək xristian, 1067/1068-cı ildən sonra müsəlman
Atası Qaqik

I Axsartan (gürc. აღსართან I), yaxud I Axsitan[3] (?–+1082) — Şəki[4][5] – Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1062-ci, sonuncu dəfə isə 1082-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir.

Haqqında məlumatlar

Kvetera şəhər-qalasının içindəki Kvetera kilsəsi bu gün.

I Axsartanın hakimiyyətə başladığı ilk illərdə Şəki-Kaxeti qərbdən gürcü çarı IV Baqratın (1027—1072), cənubdan Şəddadilərin, şərqdən isə Şirvanşahların təcavüzünə məruz qalırdı. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Kldekari eristavı Liparitin (1021–1059) Konstantinopolda vəfat etməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. XII əsrdən gec olmayaraq yazılmış “Kartli salnaməsi”nə görə Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064-1065) qədər IV Baqrat Kvetera və Naxçivani[qeyd 1] qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu[6]. Mənbələrə görə bu dövrdə Şəddadilər Xornabuci, Aradeti və Vecini qalalarını (1065), Şirvanşahlar isə Maluq qalasını (1053) əllərində saxlayırdılar.

Bütün bunlara baxmayaraq I Axsartan siyasi məharət nümayiş etdirərək əlindən çıxmış qalaları əksər hallarda heç bir döyüş əməliyyatı keçirmədən bir-bir geri alır və öz dövründə regionun ən nüfuzlu hökmdarlarından birinə çevrilir.

Tiflisi və açarlarını qəbul etməsi və satması

XI əsrin son rübünün əvvəlində namalum müəllif tərəfindən yazılmış “Tarix-i əl-Bab”a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfər göndərsin qalanı təslim edək. Çünki Tiflis hakimi Cəfər ibn Əli ölüb, özündən sonra iki oğlu qalıb – Mənsur və Əbul Xeyc; və onlar arasında qalada hakimiyyət üstündə dava gedir. Əhali onların hər ikisini qaladan qovub. Gələnlər Əbüləsvar Şavurdan Tiflisə adamlar, ərzaq və silah göndərməsini istəyirdilər. Əbüləsvar Şavur əvvəlcə onların təkliflərini qəbul etsə də onun vəziri onu bu fikrindən daşındırır. Bundan sonra Əbüləsvar Şavur Tiflisin açarlarını gələnlərə qaytarır. Tiflisdən gələnlər geri dönürlər və bu açarı və qalanı Şəki hökmdarı Axsartan ibn Qaqikə verirlər, Axsartan onları qəbul etmiş, onlara yaxşı hədiyyələr vermiş və yola salmişdir. Bundan sonra Axsartan onu Rum hökmdarına çoxlu pula satır və Rum hökmdarı ləngimədən ora mühafizəçilər göndərir, oranın adamlarını ərzaq və silahla təchiz edir[3].

Əbüləsvar Şavurun Vecinini tutması

Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında Şirvana qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür.

“Tarix-i əl-Bab”a görə Əbüləsvar Şavur 1065-сi ildə isə alınmaz bir qala hesab edilən Vecinini mühasirəyə alır; qalanın yaxınlığında öz düşərgəsini qurur və zor yolu ilə qalanı tutub ora öz adamlarını yerləşdirir. Bundan sonra Gəncəyə qayıdır və ordusunu evə buraxır. Bu zaman – 1065-ci ilin oktyabr ayında, alanlar böyük dəstələrlə Bab-Allandan çıxıb Şəki və Xazrana gəlirlər.

" Bundan sonra onlar “dinsiz şəkililər”lə birlikdə Arran ərazisinə hücum etdilər. Onlar Arranın hər yerində vurnuxur, müqavimətə rast gəlmədən onun dağlarında və düzlərində azğın basqınlar edərək qətl və qarətlər törədirdilər. Sərhəd vilayəti olan Şəmkirin girişində onlar 200 nəfərdən çox din yolunda könüllü-döyüşçünü öldürdülər. Onlar həmçinin Gəncə qapılarına basqın etdilər və ətraf kəndlərdə kimi tapdılarsa hamısını öldürdülər. Əbüləsvar hərbi rəisləri ilə birlikdə Gəncədə yerləşmişdi və onların gözünə görünməyə, döyüşməyə cəsarət etmədilər. Sonra lənətə gəlmiş düşmənlər Bərdəyə yollandılar və onun qapıları önündə üç gün qaldılar. Onlar vilayətə basqınlar etdilər və onun sərhədlərini keçərək Araz çayı yaxınlığındakı Xanakinə çatdılar. Arran ölkəsindən onlar çoxlu sayda - sayagəlməz miqdarda müsəlmanı və onların müttəfiqlərini əsir götürdülər”[3][7]. "

Daskarat əl-Hüseyn qalasına sahib olması

“Tarix-i əl-Bab”a görə 1067-ci ilin aprel ayında “C.rx.sri ibn Kurki” şirvanşaha qarşı açıq-aşkar çıxış edərək, yaxud şirvanşaha qarşı üsyan edərək qoşun ilə Şəkiyə getmiş, Daskarat əl-Hüseyn qalasını ələ keçirmiş, öz qoşununu ilə birlikdə qardaşını və oğlunu ora yerləşdirmiş, lakin sonda qalanı Şəki hökmdarı Axsartan ibn Qağikə vermişdir. Şirvanşah qoşun toplayıb bu qalanı geri almağa getsə də uğur qazana bilməyərək kor-peşman Yəzidiyəyə qayıtmışdır[8].

İslamı qəbul etməsi

Sədrəddin əl Hüsayninin “Əxbar əd-daylat əs-selcuqiyyə” əsərindəki 1067/1068-ci il hadisələrindən bəhs edilən bölmədə Şəki hökmdarı Axsartanla bağlı aşağıdakı məlumatlar var:

" 460-cı (1067/1068-cı) ildə Abxazın Baqrat adlı çarı Bərdəyə hücum etdi[qeyd 2], bu isə müsəlman şəhərlərindən biri idi. Buna görə sultan (Alp Arslan (1063 — 1072)) Abxaz ölkəsinə yürüşə qərar verdi. Yürüşün ön dəstəsinə Say-Teqin sərkərdəlik edirdi. Rum əsgərlərindən ən igidləri franklar və Şəkidən olan piyadalar idilər. Şəki isə — bu bir dairə, hansı ki Axsitan knyazlıq edirdi. Şəki dairəsi meşələr və kolluqlarla zəngin idi, hansı ki Rum və Abxaz əsgərləri gizlənirdilər. Sultan neftatanlarla həmin kolluqları yandırmağı əmr etdi və onlar bunu etdilər. Bu zaman sultan bu kolluqların arasında iki qala gördü – mıxlarla bir-birinə bənd edilmiş dəmir lövhələrdən (atbak) tikilmişdilər. Amma ki ora atın üstündə qalxmaq mümkün deyildi və sultan bunu araşdırdıqdan sonra onları tutmaq fikrindən daşındı.

Həmin iki qalanın sahibləri ilə Şəki məliyi arasında köhnə ədavət vardı. Buna görə qalaların sahibləri çıxıb sultanın yanına gəldilər, islamı qəbul etdilər və qalalarını təslim etdilər. Bundan sonra sultan başqa qalaları tutmaq üçün bu ölkənin içərisinə girdi və o vaxta qədər ölkəni qarət etdi ki, həmin vaxta qədər heç kim o qədər sərvət toplaya bilməmişdi, əgər bunların hamısı yazılarsa gözlər oxumaqdan yorular. Sultanın iqamətgahına frankların başçısı və bir dəstə süvari ilə Şəkinin sahibi Axsitan gəldi. O astanada dayandı və sultan dedi: «Ona kömək edin gəlsin və ona xidmət edin, çünki o əsilli-nəsilli hökmdardır».

Alp Arslan

Bu zaman o, tələm-tələsik sultanın yanına gəldi, o, dedi: «Təcrübəm mənə öyrətdi ki, öz adamlarımdan və yolumdan dönüm, amma sənin taxtının astanasına məni heç də bu gətirmədi, mənim məqsədim islam dinini qəbul etmək, həm də xristianlıqla bağlı əlaqələrimdən və düşüncələrimdən imtina etməkdir». Sultan taxtından durdu, onun qabağına getdi, qucaqladı və başından öpdü. Axsitan sultanın ayağından öpdü, hər ikisi təsirlənərək ağladılar və onların ürəklərində mehribançılıq atəşi alovlandı.

Və məlik Axsitan «Allahdan başqa tanrı yoxdur, Məhəmməd (Allahın ona rəhməti və salamı olsun) onun qulu və onun rəsuludur», - kəlmeyi-şəhadətini dedi. Sultan öz xəzinəsindən qiymətli daşları götürüb Axsitanın başından səpdi, bundan sonra isə ona fəxri və məxsusi hörmət göstərdi, onu öz atına ouzdurdu. Onların qarşısından atlarından enən əmirlər və xaciblər keçdilər, daha sonra onlar içi yaxşı şeylərlə dolu dəbdəbəli padşah çadırına girdilər.

Sultan ona din alimi göndərdi ki islamın qanunlarını, namaz qılmağı və Quran surələrini öyrətsin. O, əmr etdi onu sünnət etsinlər və bu vilayətlərin idarəsini ona təhvil verdi[9].

"

Qalaları döyüşsüz geri alması

Khornabuji Fortress, Georgia.jpg
Xornabuci qalası
Axsartan I (Kaxeti)
Castlesymbol.svg
      Kvetera
Castlesymbol.svg
Naxçivani
Castlesymbol.svg
Vecini
qalası
Müasir Kaxeti bölgəsi (Gürcüstan) xəritəsində Kvetera, Naxçivani, Vecini, Boçorma, Ucarma və Xornabuci qalalarının yerləri

“Kartli salnaməsi”nə görə Alp Arslanın bu yürüşü ərəfəsində Axsartan öz ölkəsinin ərazisinin çox yerinə nəzarəti itirmiş, əlində yalnız “azacıq əmlak” qalmışdır. Ölkənin didebulları IV Baqratın tərəfində idilər və ölkəni ona təslim etmək istəyirdilər[qeyd 3]. Hamısı qalalarını buraxıb Qafqaz dağlarına qaçmışdılar. Belə bir vəziyyətdə IV Baqrat Kaxetini tutmaq üçün yürüşə başladı. İlk olaraq Vecini eristavı Sirkvalelinin üzərinə qoşun göndərdi. Gedənlər sülhlə qayıtdılar və sultan Alp Arslanın yürüşə başlaması səbəbindən qalanı tuta bilmədiklərini, yaxud tutub əllərində saxlaya bilmədiklərini məruzə etdilər. Bunu eşidən IV Baqrat ləngimədən öz ölkəsinə geri döndü. Axsartan isə Alp Arslanın tərəfinə keçdi, ona çoxlu hədiyyələr apardı, dinindən döndü, sünnət etdirdi və xərac verməyi boynuna götürdü. Alp Arslan isə istər IV Baqratın adamları tərəfindən, istərsə də Axsartanın öz adamları tərəfindən tərk edilmiş bütün qalaları ona qaytardı. Üç həftədən sonra Alp Arslan IV Baqrata qarşı yürüşə başlayır. Bu yürüşdə Axsartan Alp Arslan tərəfində iştirak edir[10].

Altı həftə davam etmiş bu yürüşdən sonra Sultan Alp Arslan Tiflis və ətrafındakı ərazilərin idarəsini Şəddadi hakimi Fəzl ibn Şavurun ixtiyarına buraxır. 1068-ci ilin avqustunda Fəzl ibn Şavur 33 minlik qoşunla Tiflisə gələrək həmsərhəd Kartli vilayətlərini qarət etməyə başlayır. Lakin IV Baqrat onu Silkan dağı yaxınlığında haqlayaraq ağır məğlubiyyətə uğradır. Mühasirədən və təqibdən çox çətinliklə canını qurtaran Fəzl ibn Şavur cəmi 15 süvari ilə Kaxetinin Erso vilayətinə keçə bilir. Burada qarşısına çıxan sakinə əvvəlcə özünü Fəzlin elçisi kimi təqdim edir, guya Fəzl ibn Şavur IV Baqrata qalıb gəlib və bu xəbəri Axsartana çatdırmaq üçün onu Axsartanın yanına göndərib. Lakin onu dərhal tanıyırlar və cavab verirlər ki, “sən Fəzlin elçisi deyilsən, Fəzlin özüsən!”. Fəzl ibn Şavurun onu gizlətməsi müqabilində qızıl-gümüş, var-dövlət təklifini qəbul etməyən sakin, onu Jaletiyə – Mesx aznauru İsak Toloşelisdzenin yanına, İsak isə onu Telaviyə – Axsartanın yanına aparır. Axsartan Fəzli Xornabuci və Aradeti[qeyd 4] müdafiəçilərinə göstərir və hər iki qalanı döyüşsüz geri alır. Sonra isə Fəzli IV Baqrata təhvil verir, əvəzində BoçormaUcarmanı IV Baqratdan döyüşsüz geri alır[11].

“Tarix-i əl-Bab”da Fəzl ibn Şavurun Şəki hökmdarı Axsartana əsir düşməsi səhnəsi “Kartli salnaməsi”ndən bir qədər fərqlidir. “Tarix-i əl-Bab”a görə Fəzl ibn Şavur bütün adamları həlak olduqdan sonra azıb səhvən “Şəki-Curzan” batriklərindən biri olan İvan ibn Lifaritin (Liparitin) kəndinə gedib çıxıbmış. Fəzl ibn Şavur İvan ibn Lifaritin yanında bir saat qalır, sonra İvan ibn Lifarit onu “lənətə gəlmiş Axsartan ibn Qaqiqin” yanına aparır. Fəzl ibn Şavur Axsartanın yanında olanda, Axsartan “xəyanət yolu” seçir və onu həbs edib bir neçə gün saxlayır, sonra isə “Apxaz hakiminə” verir[3].

Maluq qalasını tutması

“Tarix-i əl-Bab”a görə 1071-ci ilin payızında Axsartin Maluq qalasını şəxsən özü müsəlmanların əlindən almış, oraya öz “müavinini” rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063-1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə edirlər və 1072-ci ilin iyun ayında qalanı ələ keçirib bünövrəsinə qədər sökürlər; orada olan bütün “dinsizləri” – qalanın bütün müdafiəçilərini isə qətlə yetirirlər[8].

Bu arada - hicri 464-cü ildə (1071/1072) Şirvanşah I Fəribürzun qardaşı Qucaxam ibn Sallar Şəkidə vəfat etmiş, onun nəşi Şəkidən Yəzidiyyətə aparılaraq orada dəfn edilmişdir. Qucaxam 1068-ci ildən qardaşına qarşı çıxırdı, sonra isə Dağıstana qaçmışdı[8].

Rustaviyə və Losobani qalasını tutması

Yuxarıda IV Baqrat ilə Kldekar eristavı Liparit arasasında mövcud olmuş davamlı mübarizə haqqında məlumat verildi. IV Baqrat və Liparitin ölümlərindən sonra isə onların varisləri II Georgi (1072–1089) və İvane (1059—1074) bir-birləri ilə mübarizə edirdilər. Axsartan isə məhz, bu mübarizədən yararlana bilərək 1073-cü ildə Losobani qalasına sahib olur. Buna qədər isə o, Rustavini öz ərazisinə qata bilmişdir[12][13].

Məlikşahın yanına getməsi və ikinci dəfə islamı qəbul etməsi

Məlikşah

Alp-Arslan vəfatından sonra (1072) Səlcuqilər dövlətində hakimiyyətə gələn oğlu Məlikşahın dövründə səlcuqilərin Gürcüstana yürüşləri xeyli intensivləşdi. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə II Georgi 1082-ci ildə ölkəsindəki “xristianları xilas etmək üçünİsfahana – Məlikşahın yanına getməyə məcbur olur. Mənbəyə görə Məlikşah II Georgini sevimli oğlu kimi qarşılamış, Gürcüstana hücumları dayandırmağa söz vermiş, Kaxeti və Heretini ona vermiş və üstəlik, Kaxetini ələ keçirə bilməsi üçün ona böyük ordu da qoşmuşdur. Buna görə də II Georgi Kaxetiyə gəlir və Vecini qalasını mühasirə edir. Lakin qarın yağması ilə əlaqədar mühasirə baş tutmur. II Georgi ilə gələn türk ordusu isə Qabırrı çayı ətrafındakı ərazilərdə qışlayır. Bu zaman Axsartan Məlikşahın yanına gedir və yenidən islam dinini qəbul edir. “Bu yolla o, Kaxetini sultandan alır[14].

Ölümü

Yuxarıda qeyd edildiyi kimi, XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də[2] XII əsr erməni tarixçisi Samuel Anesi(ru) 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir[15]. Başqa sözlə, I Axsartan 1082-ci ildə Məlikşahın yanına getdikdən az sonra – elə həmin 1082-ci ildə vəfat etmişdir.

Müasir tədqiqatşılar I Axsartanın siyasi fəaliyyəti haqqında

Müasir tədqiqatçılardan Şirinbəy Hacıəli I Axsartanın siyasi fəaliyyətini aşağıdakı kimi təsvir edir:

" I Axsartanın çevik və fəal siyasi fəaliyyətinin bəzi məqamları ilkin mənbələrdə nisbətən daha geniş şəkildə öz əksini tapmışdır. I Axsartanın çarlıq illəri regionda yenicə görünməyə başlayan səlcuq türklərinin yürüşləri ilə eyni zamana təsadüf edirdi. O, ölkəsini ələ keçirməyə çalışan qüvvələrə, xüsusilə də səlcuq türklərinə və Abxaz-Kartli çarlarına münasibətdə son dərəcə ehtiyatlı mövqe tutmuş və şəraitdən asılı olaraq mühüm siyasi gedişlər etməklə bərabər, lazım gəldikdə silahlı müqavimət də təşkil edə bilmişdi. Bir qayda olaraq, bu mübarizədə güclü rəqib ölkələr arasında çevik manevr edən I Axsartan gah bu, gah da digər rəqib qüvvə ilə yaxınlaşaraq digərinə qarşı mübarizə aparırdı. I Axsartan var qüvvəsi ilə öz ölkəsinin müstəqilliyini və qüdrətini qoruyub saxlamağa çalışmış, habelə sələfləri dövründə olduğu kimi, regionda hegemonluq uğrunda mübarizədə fəal iştirak etmişdi[16]. "

Qeydlər

  1. Tarixçiliyə məlum olan “Aradeti” adlı qala(ka) XVII əsrdə tikilib və indiki Gürcüstan respublikasının Şida Kartli ölkəsinin Kareli bələdiyyə rayonu ərazisindəki Aradeti(ka) kəndindədir. Bu yer həm Kaxeti hüdudlarından bir qədər kənardır və həm də o vaxtkı Şəddədilər dövlətinin nüfuz dairəsindən. Ehtimal etmək olar ki “Kartli salnaməsi”ndə adı çəkilən Aradeti, onunla birlidə adı çəkilən və yeri məlum olan Xornabuci‎dən çox da uzaqda olmamışdır.
  2. IV Baqratın söy kökü bir tərəfdən Qriqor Hammama gedib çıxırdı və o, əvvəlki Şəki hökmdarları ilə – Atrnerseh və İşxan Əbu Əbdülmalik ilə uzaq qohumluq əlaqələrinə malik idi.
  3. Göstərilən ildə və göstərilən ilə yaxın illərdə IV Baqratın Bərdəyə hücum etməsi ilə bağlı digər mənbələrdə, o cümlədən gürcü mənbələrində heç bir məlumat yoxdur. Çox güman ki burada söhbət IV Baqratdan yox, əslində 1065-ci ilin oktyabr ayında Arrana yürüş etmiş, o cümlədən Bərdəni 3 gün mühasirədə saxlamış şəkililərlərlə allanların birgə yürüşündən gedir:
  4. Vaxuşti Baqrationiyə görə Naxçivani qalası Ştoris-Xevi çayının Alazan çayına töküldüyü yerdə idi (Картлис Цховреба, 2008, s. 177, qeyd 250).

İstinadlar

  1. (Мусхелишвили Д. Л., 1982, s. 42)
  2. 2,0 2,1 Вахушти Багратиони., 1976.
  3. 3,0 3,1 3,2 3,3 Мунадджим-Баши, 1957.
  4. (Мусхелишвили Д. Л., 1982, s. 42)
  5. Əliyev Ş. H., 2007, p. 102, 109, 111, 116, 117, 118, 120, 121.
  6. Картлис Цховреба, 2008, p. 158.
  7. Əliyev Ş. H., 2007, p. 110.
  8. 8,0 8,1 8,2 Минорский В. Ф. (2), 1963.
  9. (Садр ад-Дин Али ал-Хусайни., 1980, s. 185, 186) .
  10. (Картлис Цховреба, 2008, s. 159)
  11. Картлис Цховреба, 2008, p. 160, 161.
  12. Картлис Цховреба, 2008, p. 162, 163.
  13. Əliyev Ş. H., 2007, p. 117.
  14. Картлис Цховреба, 2008, p. 182, 183.
  15. Мусхелишвили Д. Л., 1982, p. 43.
  16. Əliyev Ş. H., 2007, p. 108.

Ədəbiyyat

  1. Вахушти Багратиони. История царства Грузинского / Перевел, снабдил предисловием, словарями и указателем Н. Т. Накашидзе. — Тбилиси: Мецниереба, 1976.
  2. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  3. Ахмед ибн Лютфуллах (Мунадджим-Баши) "Джами ад-Дувал"; Ибн ал-Азрака ал-Фарики из "Истории Майяфарикина" (rus.) // Перевод с арабского Мамедова А. Дж. Труды института истории. — Баку, 1957.
  4. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
  5. Минорский В. Ф. История Ширвана и Дербенда X-XI веков. — М.: Издательство восточной литературы, 1963. — 296 с.
  6. Садр ад-Дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-сельджукийа. — М.: Восточная Литература, 1980.
  7. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.

Şablon:Yaxşı məqalə