Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Varid Fərzəlibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 116: Sətir 116:
 
# {{ŞAZ|2|138-142}}
 
# {{ŞAZ|2|138-142}}
 
# {{Sayta istinad|url=http://mugam.musigi-dunya.az/b/bas_tar_ve_bemtar.html |author = |authorlink= |title= {{abbr|'''Bas tar və ya Bəm tar'''|İstinad edilən səhifəyə keçid|0}}  |subtitle= |deadlink= |archiveurl= https://web.archive.org/web/20220330114306/http://mugam.musigi-dunya.az/b/bas_tar_ve_bemtar.html  |archivedate=25 Nov 2018 - 30 Mar 2022|lang=az |showlang=|responsible=  |website=Muğam Ensiklopediyası|websiteurl=http://mugam.musigi-dunya.az/ |type= |date= |accessdate= 22.03.2023|quote= |quoteup= |description= |ref= }}
 
# {{Sayta istinad|url=http://mugam.musigi-dunya.az/b/bas_tar_ve_bemtar.html |author = |authorlink= |title= {{abbr|'''Bas tar və ya Bəm tar'''|İstinad edilən səhifəyə keçid|0}}  |subtitle= |deadlink= |archiveurl= https://web.archive.org/web/20220330114306/http://mugam.musigi-dunya.az/b/bas_tar_ve_bemtar.html  |archivedate=25 Nov 2018 - 30 Mar 2022|lang=az |showlang=|responsible=  |website=Muğam Ensiklopediyası|websiteurl=http://mugam.musigi-dunya.az/ |type= |date= |accessdate= 22.03.2023|quote= |quoteup= |description= |ref= }}
# {{Sayta istinad|url=http://atlas.musigi-dunya.az/az/tar.html |author = |authorlink= |title=Musiqi alətləri |subtitle=Tar |deadlink= |archiveurl=https://web.archive.org/web/20220126234210/http://atlas.musigi-dunya.az/az/tar.html |archivedate=14 Nov 2008 - 26 Jan 2022 |lang=az |showlang=|responsible=  |website= Musigi Dunyasi |websiteurl=http://atlas.musigi-dunya.az/ |type= |date= |accessdate= 22.03.2023|quote= |quoteup= |description= |ref= }}
+
# {{Sayta istinad|url=http://atlas.musigi-dunya.az/az/tar.html |author = |authorlink= |title={{abbr|'''Musiqi alətləri'''|İstinad edilən səhifəyə keçid|0}} |subtitle={{abbr|'''Tar'''|İstinad edilən səhifəyə keçid|0}} |deadlink= |archiveurl=https://web.archive.org/web/20220126234210/http://atlas.musigi-dunya.az/az/tar.html |archivedate=14 Nov 2008 - 26 Jan 2022 |lang=az |showlang=|responsible=  |website= Musigi Dunyasi |websiteurl=http://atlas.musigi-dunya.az/ |type= |date= |accessdate= 22.03.2023|quote= |quoteup= |description= |ref= }}
  
 
{{Yoxlanılmış məqalə}}  
 
{{Yoxlanılmış məqalə}}  

01:15, 23 mart 2023 versiyası

Varid Fərzəlibəyov
Fərzəlibəyov Varid Nəsib oğlu
Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov.
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1933(1933-07-02)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 mart 1999 (65 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Keşlə qəbiristanlığı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Hicran
Uşaqları Aytən və Fuad
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi

Varid Fərzəlibəyov (1933–1999) — tanınmış ixtiraçı-mühəndis, həvəskar tarzən, bas tarının (bəm tarın) yaradıcısı. Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi şəkildə istehsal olunub.

Haqqında məlumatlar

Varid Fərzəlibəyov, gənclik şəkli.

2 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

M.F.Axundov adına Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

30 il “Azərelektroişıq” istehsalat birliyinin laboratoriya müdiri vəzifəsində çalışıb.

Yaradıcılığı

1962-ci ildə yeni bir musiqi alətini – bas tarını (bəm tarı) ixtira edib. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov, H.Xanməmmədovun iştirakı ilə təşkil olunmuş komissiya bu ixtiraya yüksək qiymət veriblər.

1966-cı ildə bu alətə görə SSRİ miqyasında patent alıb[1]. Bas tarını Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs tembrini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarı quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.

Yaradıcılığından nümunələr

Vəfatı

23 mart 1999-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Keşlə qəbiristanlığında dəfn olunub.

Ailəsi

Varid Fərzəlibəyovun ailəsi; soldan sağa: Rövşən Mustafayev (Qızı Aytənin həyat yoldaşı), Aytən Mustafayeva (qızı), Fuad Fərzəlibəyov (oğlu), Mədinə Fərzəlibəyova (Fuadın həyat yoldaşı), Hicran Fərzəlibəyova (Varid Fərzəlibəyovun həyat qoldaşı), Ayşən Mustafazadə (Aytənin qızı), Ayan Mustafazadə (Aytənin qızı), Fərid Fərzəlibəyov (Fuadın oğlu).

Atası Nəsibbəy Nuxada tanınmış diş həkimi idi. Ailədə beş bacı, iki qardaş olublar.

Varid Fərzəlibəyov Nuxada aqronom Qəni Hüseynov və pedaqoq Tahirə Əkbərovanın qızı Hicranla ailə qurmuş, bir qızı və bir oğlu olmuşdur;

  • qızı Aytən Tibb Universitetinin məzunudur və Bakı klinikalarının birində həkim işləyir, Bəxtiyar Mustafayevin nəvəsi Rövşənə ərə gedib, Ayşən və Ayan adlı iki qızı var.
  • oğlu Fuad Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, diplomatik işdə çalışır, iki oğlu var.

İstinadlar

Ədəbiyyat

  1. Народный струнный музыкальный инструмент типа азербайджанского тара : [arx. 11 Mar 2016 - 4 Dec 2021] : [rus.] // База патентов СССР. — Müraciət tarixi: 22.03.2023.
  2. Əlisoy V. Bas-tarı Varid Fərzəlibəyov icad edib // Min bir mahnı : qəzet. — 25 noyabr 2002. — № 16. — Səh. 8-9.
  3. Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Varid // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 138-142. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Bas tar və ya Bəm tar : [arx. 25 Nov 2018 - 30 Mar 2022] // Muğam Ensiklopediyası. — Müraciət tarixi: 22.03.2023.
  5. Musiqi alətləri : Tar : [arx. 14 Nov 2008 - 26 Jan 2022] // Musigi Dunyasi. — Müraciət tarixi: 22.03.2023.