"Akif Sultanov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 18: | Sətir 18: | ||
|Anası = Xəlilova Zivər Nəsib qızı | |Anası = Xəlilova Zivər Nəsib qızı | ||
|Həyat yoldaşı = Nəzakət Sultanova | |Həyat yoldaşı = Nəzakət Sultanova | ||
− | |Uşağı = 4 uşaq | + | |Uşağı = 4 uşaq |
|Fəaliyyəti = | |Fəaliyyəti = | ||
|Təhsili = Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1962–1967) | |Təhsili = Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1962–1967) |
22:29, 23 oktyabr 2023 versiyası
Akif Sultanov | |
---|---|
Sultanov Akif Ənvər oğlu | |
Akif Sultanov | |
Doğum tarixi | 28 sentyabr 1938 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2008 (69 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1962–1967) |
Janrı | İpək parçaların tərtibatı, mənzərə və natümort |
Atası | Sultanov Ənvər Allahyar oğlu |
Anası | Xəlilova Zivər Nəsib qızı |
Uşağı | 4 uşaq |
Həyat yoldaşı | Nəzakət Sultanova |
Akif Sultanov (1938–2008) — uzun müddət Şəki ipək kombinatının rəssamlıq emalatxanasında çalışmış rəssam. Şəki ipək kombinatında rəssam işləməklə yanaşı həm də paralel olaraq uzun müddət Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs demişdir.
Haqqında məlumatlar
28 sentyabr 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1962 – 1967-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Hərbi xidmətdə
1957 – 1959-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək və rəssamlıq fəaliyyəti
1959-cu ildə V.İ.Lenin adına Nuxa İpək Kombinatının rəssamlıq emalatxanasında köməkçi rəssam vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1967-ci ildən paralel olaraq həm də Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs deyib.
SSRİ Yüngül Sənaye Nazirliyinin nəzdindəki Bədii Şura tərəfindən əvvəl 3-cü dərəcəli, sonra isə 1-ci dərəcəli rəssam adına layiq görülüb.
1975-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. Dəfələrlə əsərləri V.Səmədova adına sərgi salonunda, Dövlət Rəsm Qalereyasında nümayiş etdirilib.
Azərbaycan Respublikası Rəssamlar İttifaqının və Bədii fondunun da üzvü idi.
Təltif və mükafatları
Parça üçün çəkdiyi rəsmlərə görə SSRİ Yüngül Sənaye Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görülüb, eləcə də SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin fəxri fərmanına layiq görülüb.
Vəfatı
29 yanvar 2009-cu il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Bəşirov R., Hacıyev N. SULTANOV AKİF ƏNVƏR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 167.
- Məmmədov Ə., Xalıqov F. Sultanov Akif // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 362. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- SULTANOV AKİF ƏNVƏR OĞLU // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 233. — ISBN 978-9952-8176-4-5.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 1938-ci ildə doğulanlar
- 28 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 29 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2008-ci ildə vəfat edənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr