"Muxtar Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 59: | Sətir 59: | ||
''Həyat yoldaşı'': '''Həyat Abdullayeva'''. | ''Həyat yoldaşı'': '''Həyat Abdullayeva'''. | ||
− | ''Oğulları'': '''Məmməd''' – 13 yaş, '''Barat''' – 10 yaş, '''Yaqub''' – 15 yaş, '''Əhməd''' – 9 yaş, '''Qüdrət''' – 8 yaş, '''[[Firidun Abdullayev|Firidun]]''' – 5 yaş. | + | ''Oğulları'': '''Məmməd''' – 13 yaş, '''Barat''' – 10 yaş, '''Yaqub''' – 15 yaş, '''Əhməd''' – 9 yaş, '''Qüdrət''' – 8 yaş, '''[[Firidun Abdullayev|Firidun]]''' – 5 yaş, '''Nəbi''' (1937-ci ildə atasının güllələnməsindən sonra Sibirdə anadan olub). |
''Qızları'': '''Rəfiqə''' – 7 yaş, '''Rəna''' – 6 aylıq. | ''Qızları'': '''Rəfiqə''' – 7 yaş, '''Rəna''' – 6 aylıq. | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
− | # | + | # “Şəki fəhləsi” qəzeti, 8 avqust 1989-cu il. |
# {{OTÖ|389-390|Muxtar Abdullayev}} | # {{OTÖ|389-390|Muxtar Abdullayev}} | ||
# {{ŞAZ|2|29}} | # {{ŞAZ|2|29}} |
12:58, 29 iyun 2024 versiyası
Muxtar Abdullayev | |
---|---|
Abdullayev Muxtar Nağı oğlu | |
Muxtar Abdullayev. | |
Anadan olub | 1896 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 12 oktyabr 1937 (41 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllələnmə |
Həyat yoldaşı | Həyat Abdullayeva |
Uşaqları | Yaqub, Məmməd, Barat, Əhməd, Qüdrət, Rəfiqə, Firidun və Rəna |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Muxtar Abdullayev (1896–1937) — Azərbaycan sovet dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Qazax, Şamxor, Göyçay rayon və Nuxa şəhər sovetinin icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.
Haqqında məlumatlar
1896-cı ildə Nuxada anadan olub.
Təhsili
Nuxada rus-tatar məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
1920 – 1935-ci illərdə, müxtəlif vaxtlarda, Dağıstan MSSR-in Xasavyurt rayonunun poçt rəisi, Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Zaqatala-Şəki mahalının prokuroru, Qazaxda, Şamxorda və Göyçayda rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.
1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olub.
Həbs edilməsi, güllələnməsi və bəraət alması
16 avqust 1937-ci il tarixdə siyasi ittihamlarla həbs edilib.
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnib. Həyat yoldaşı Həyat Abdullayeva Sibirə sürgün olunub.
6 iyun 1957-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 1937-ci ildə onun barəsində qaldırılmış cinayət işinə cinayət tərkibi olmadığına görə xitam verib.
Partiyalığı
1925-ci ildən ÜİK(b)P-nın üzvü olmuş, 16 avqust 1937-ci il tarixdə həbs edildikdən üç gün sonra – 19 avqust 1937-ci il tarixdə, partiyadan xaric edilmişdir. Bəraət aldıqdan on ay sonra – 15 aprel 1958-ci il tarixdə, Sov.İKP üzvlüyü bərpa olunub.
1937-ci ildə həbs edilərkən ailə tərkibi
Həyat yoldaşı: Həyat Abdullayeva.
Oğulları: Məmməd – 13 yaş, Barat – 10 yaş, Yaqub – 15 yaş, Əhməd – 9 yaş, Qüdrət – 8 yaş, Firidun – 5 yaş, Nəbi (1937-ci ildə atasının güllələnməsindən sonra Sibirdə anadan olub).
Qızları: Rəfiqə – 7 yaş, Rəna – 6 aylıq.
Ədəbiyyat
- “Şəki fəhləsi” qəzeti, 8 avqust 1989-cu il.
- Mete Ə. Muxtar Abdullayev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 389-390. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Muxtar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 29. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Абдуллаев Мухтар Наги оглы (1896) : [arx. 01.03.2021] : [rus.] // Открытый список. — Müraciət tarixi: 28.06.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1896-cı ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 12 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 1937-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr