"Mustafa Qədimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = Qədimov Mustafa İdris oğlu | |Tam adı = Qədimov Mustafa İdris oğlu | ||
|Piktoqram = texnologiya | |Piktoqram = texnologiya | ||
− | |Şəkil = | + | |Şəkil = Mustafa Qədimov.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = Mustafa Qədimov. | |Şəklin izahı = Mustafa Qədimov. | ||
|Digər adı = | |Digər adı = |
Səhifəsinin 21:29, 14 avqust 2024 tarixinə olan son halı
Mustafa Qədimov | |
---|---|
Qədimov Mustafa İdris oğlu | |
Mustafa Qədimov. |
Mustafa Qədimov (1909–1992) — tanınmış energetik-mühəndis; sovet dövründə bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Haqqında məlumatlar
15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Tiflisdə peşə təhsili aldıqdan sonra
1926 – 1929-cu ildə N.Nərimanov adına Texnikumun (Bakı) elektromexanika şöbəsində,
1929 – 1934-cü illərdə M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutunda (müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti
1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət Lenin adına Nuxa İpək Kombinatında, daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub.
1948-ci ildən Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1955 – 1957-ci illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışıb.
O cümlədən, 1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik etmiş və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində çalışmışdır.
1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində məsləhətçi mühəndis kimi davam etdirib.
İctimai fəaliyyəti
1948-ci ildə həm Nuxa rayon sovetinin və həm də Nuxa şəhər sovetinin,
1950-ci ildə Nuxa şəhər Sovetinin,
1957-ci və 1959-cu illərdə Nuxa rayon Sovetinin deputatı seçilib.
1957-ci ildə Nuxa rayon Sovetinin birnci sessiyasında rayon soveti icraiyyə komitəsi heyətinə üzv seçilib.
Vəfatı
24 mart 1992-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə cild. — Səh.: 162.
.