Mübariz Məmmədrzayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
 
Sətir 74: Sətir 74:


===Kitabları===
===Kitabları===
* “Taleyin sərt oyunu” (povest);
* “Taleyin sərt oyunu” (iki hissəli sənədli povest);
* “Əlli il xalqın maariflənməsi yolunda” (sənədli xronika).
* “Əlli il xalqın maariflənməsi yolunda” (sənədli xronika).



Səhifəsinin 00:17, 13 dekabr 2024 tarixinə olan son versiyası

Mübariz Məmmədrzayev
Məmmədrzayev Mübariz Həsən oğlu
Mübariz Məmmədrzayev
Mübariz Məmmədrzayev.
Doğum tarixi 3 oktyabr 1959 (1959-10-03) (65 yaş)
Doğum yeri Cunud, Nuxa (Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili

 • 1982-ci ildə Bakı Mədəni-maarif texnikumu (–1982)

 • M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (–1988)

Mübariz Məmmədrzayev — yazıçı və publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Mətbuat Şurasinın üzvü.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

3 oktyabr 1959-cu ildə Nuxa (Şəki) rayonunun Cunud kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1976-cı ildə Şəki rayon Baş Layısqı kənd orta məktəbini,

1982-ci ildə Bakı Mədəni-maarif texnikumunu,

1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Hərbi xidməti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977 – 1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1982 – 1992-ci illərdə Baş Layısqı kənd Mədəniyyət evinin direktoru,

1993 – 1997-cı illərdə Şəki şəhər icra hakimiyyəti başçısının Baş Layısqı inzibati-ərazi vahidi üzrə nümayəndəsi,

1998-ci ildən “Azəri” qəzetinin redaktoru,

1999-cu ildən “Vətən” qəzetinin redaktoru və özünün təsis etdiyi “Üzbəüz” qəzetinin baş redaktoru,

2012 – 2022-ci illərdə “Avromed Company” QSC baş idarəsinin rəhbəri vəzifəsində çalışıb.

Ədəbi-bədii yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1990-cı ildə Şəki şəhər sovetinin deputatı seçilib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Evlidir, 2 övladı var.

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Taleyin sərt oyunu” (iki hissəli sənədli povest);
  • “Əlli il xalqın maariflənməsi yolunda” (sənədli xronika).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Orsər R. Mübariz Məmmədrzayev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 640-644. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Yusifli A. Mübariz Məmmədrzayev // Qədim oğuz yurdu - Baş Layısqı. — ensiklopedik toplu. — Bakı: Ozan, 2014. — Səhifələrin sayı:  527. — Səh.: 522.