Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İlham Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:49, 27 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İlham Abbasov
Abbasov İlham Qurban oğlu
İlham Abbasov
İlham Abbasov.
Doğum tarixi 16 noyabr 1948 (1948-11-16) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq elmləri üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1971)
Mükafatları Ədliyyə sahəsində fərqlənməyə görə medalı - lent.png"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008

İlham Abbasov — hüquq elmləri üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri. Uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdur. 2017-ci ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

16 noyabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa axşam fəhlə-gənclər məktəbini,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1965 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li tikiş fabrikində fəhlə işləyib.

1971-ci ilin avqust ayında prokurorluq orqanlarına işə qəbul edilib; o cümlədən,

1971 – 1975-ci illərdə, əvvəl Qasım İsmayılov (indiki Goranboy) rayon prokurorluğunda stajor-müstəntiq, sonra Yevlax şəhər prokurorluğunun baş müstəntiqi, daha sonra Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsində çalışıb.

1975-ci ildə Puşkin (indiki Biləsuvar) rayonunun,

1980 – 1994-cü illərdə, əvvəl Qutqaşen (indiki Qəbələ), sonra Zəngilan, daha sonra Qubadlı rayonunun və Masallı rayonunun prokuroru olub.

1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.

2001 – 2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.

2017-ci ildən əmək təqaüdünə çıxıb.

Elmi fəaliyyəti

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

147 elmi, 440 hüquqi-publisistik məqalənin, 2 novella və xatirələr kitabının, 1 dərs vəsaitinin müəllifidir.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abbasov İlham // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 14-16. — 1.000 nüsx.;
  2. Orsər R. İlham Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 503-506. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2..