Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov (Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d. 27 aprel 1952-ci il, Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ; ö. 15 dekabr 1990-cu il, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ) – I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan sovet milis zabiti. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğludur.
Mikayıl Cəbrayılov | |
---|---|
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu | |
Mikayıl Cəbrayılov | |
Doğum tarixi | 27 aprel 1952 |
Doğum yeri | Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 15 dekabr 1990 (38 yaşında) |
Vəfat yeri | Xocalı rayonu, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Oxud, Şəki rayonu, Azərbaycan, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Atası | Əhmədiyyə Cəbrayılov |
Anası | Sürayyə Cəbrayılova |
Hərbi fəaliyyəti | |
Təltifləri | Şablon:Qırmızı Ulduz" ordeni |
Commonsda da Mikayıl Cəbrayılov ilə əlaqəli mediafayllar var |
Haqqında məlumatlar
1952-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.
1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.
1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.
1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.
1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.
1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.
1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi...
12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.
Ailəli idi. Bir övladı var.
Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.
Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Şəki şəhərində adına küçə var.
Həlak olduğu kənd onun adını daşıyır.
Mənbə
- Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ağlama, anam, ağlama! // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 9 – 13. — (Ş 4702060206–001/h 062–98).;
- Vüqar Əsgərov Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı: 250. — Səh.: 25. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2019.