Şablon:Bilirsinizmi?
- 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.
- 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.
- 8 mart 2021-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Əhməd-Cabir Əhmədov 79 yaşında, Bakıda vəfat edib.
- 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır.
- 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini Naqi Məhəmmədzadə ilə birlikdə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində dijitallaşdırılaraq internetə tam yerləşdirdiklərini bəyan edib.
- 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
- 3 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rəhman Hümmətovu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin edib.
- 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Albert Mustafayevi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |