13 oktyabr
- Memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü Səbinə Hacıyeva 13 oktyabr 1971-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.
Şəkil: Səbinə Hacıyeva, 2014.
|
13 oktyabr
- Tolyatti şəhər (Rusiya Federasiyası) 5 saylı klinik xəstəxanasında həkim terapevt-kardioloqu Şəbnəm Şakirli 13 oktyabr 1991-ci il tarixdə Şəkidə anadan olub.
Şəkil: Şəbnəm Şakirli.
|
|
13 oktyabr
- Azərbaycan sovet partiya və dövlət xadimi və pedaqoq Məmməd Cuvarlinski (1902–1937) 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının bağlı məhkəmə iclasında qəbul olunmuş hökmə əsasən bir gün sonra – 13 oktyabr 1937-ci il tarixdə güllələnib. O, müxtəlif illərdə Azərbaycan SSR Maarif komissarı, Azərbaycan KP Nuxa şəhər Komitəsinin məsul katibi və s. digər məsul vəzifələrdə çalışmışdır.
Şəkil: Məmməd Cuvarlinski.
|
13 oktyabr
- İqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru Qüdrət Əbdülsəlimzadə (1933–2016) 13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs zamanı – 83 yaşında, auditoriyada vəfat edib. O, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.
Şəkil: Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.
|
|
13 oktyabr
- Tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev (1942–2019) 13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.
Şəkil: Vasim Məmmədəliyev 2011-ci il.