Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qüdrət Əbdülsəlimzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qüdrət Əbdülsəlimzadə
Əbdülsəlimzadə Qüdrət Yaqub oğlu
Qüdrət Əbdülsəlimzadə
Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.
Doğum tarixi 27 avqust 1933(1933-08-27)
Doğum yeri Nuxa (inidiki Şəki), Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 oktyabr 2016 (83 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1952–1957)

Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura (1957–1960)

Qüdrət Əbdülsəlimzadə (1933–2016) — iqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 avqust 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1941 – 1952-ci illərdə Nuxada orta məktəbdə oxuyub.

1952 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb; universiteti fərqlənmə diplomu ilə bitirib.

1957 – 1960-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspirantı olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə namizədlik,

1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra professor elmi adını alıb.

Tədqiqatları iqtisadi nəzəriyyə, beynəlxalq iqtisadi münasibətlər və keçid dövrü iqtisadiyyatına həsr olunmuşdur. 150-dәn çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda işə götürülüb və 1992-ci ilə qədər bu elmi-tədqiqat institutunda işləyib (əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi, daha sonra isə şöbə müdiri).

1992 – 1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri,

Müxtəlif illərdə Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru olub.

1997-ci ildən isə Qərb Universitetinin prorektoru vəzifəsində calışıb.

İctimai aktivliyi[redaktə | HTML redaktə]

20 yanvar 1990-cı il hadisələrində İctimai Dəfn Komissiyasının sədri olub.

Vəfatı[redaktə | HTML redaktə]

13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs zamanı – 83 yaşında, auditoriyada vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əbdülsəlimzadə Qüdrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 106-108. — 1.000 nüsx.
  2. ƏBDÜLSƏLİMZADƏ Qüdrәt Yaqub // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 598 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 177. — ISBN 978-9952-441-13-0.