Şablon:Bilirsinizmi?
- 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1991-ci illərdə əvvəl Şəki şəhər, sonra isə Şəki rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.
- 14 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisinin səlahiyyətini Aqaəli Cəlilov icra edir. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.
- 1 mart 2023-cü il tarixdə memarlıq üzrə elmlər doktoru Səbinə Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
- 2 fevral 2023-cü il tarixdə “Gənclər Günü” münasibəti ilə Şəki Dövlət Rəsm Qalereyasında Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusovun fərdi sərgisi açılıb.
- 31 yanvar 2023-cü il tarixdə ədəbiyyatşünas və ədəbi tərcüməçi, RSFSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in sabiq direktoru Azər Mustafazadə 83 yaşında Bakıda vəfat edib.
- 3 yanvar 2023-cü il tarixdə Salxab Məmmədov 80 illik yubileyi münasibəti ilə və Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
- 2 yanvar 2023-cü-cü il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
- 28 dekabr 2022-ci il tarixdə Habil Xəlilov Şəki Xan məscidinin imam müavini təyin olunub. O, ərəbdilli epiqrafik abidələrin oxunması işi üzrə mütəxəssisdir və AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşıdır. Yeni təyinatına qədər isə həm də Şəkidəki Omər əfəndi məscidinin imam müavini idi.
- 28 dekabr 2022-ci il tarixdə pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Əsabəli Quliyev 83 yaşında Bakıda vəfat edib. Sabahı gün Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.
- 22 dekabr 2022-ci il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə 2022-ci il məzunu və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 9-cu sinif şagirdi Abid Çələbi mədəniyyət və incəsənət sahəsində uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qalib ölkənin qalibləri 2022” diplomu ilə təltif olunub.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |