Məmmədsani Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədsani Məmmədov
Məmmədov Məmmədsani Mustafa oğlu
Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov, 1970-ci il.
Anadan olub may 1905(1905-05-00)
Anadan olduğu yer Ağdaş, Ərəş qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 5 dekabr 1984 (79 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Səkinə Məmmədova
Uşaqları Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə
Təhsili

Mərkəzi Sovet Partiya Məktəbi (1918 – 1921)

Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924 – 1921)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Məmmədsani Məmmədov — tanınmış jurnalist, “Nuxa fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidəki xüsusi müxbiri olmuş şəxs. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş antisovet üsyanı zamanı Nuxa poçt binasının müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.

Haqqında məlumatlar

1905-ci ilin may ayında Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Ağdaşa köçmüş ailədə anadan olub.

Təhsili

1913 – 1918-ci illərdə ibtidai məktəbində (Ağdaş),

1918 – 1921-ci illərdə II mərhələ məktəbdə (cəmi 3 sinif, Ağdaş),

1922 – 1921-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),

1924 – 1921-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.

Əmək fəaliyyəti

Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,

iyul — oktyabr, 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində müəllim və direktor,

noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Nuxa fəhləsi” qəzetinin redaktoru,

mart — iyul, 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,

iyul — dekabr, 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,

yanvar — aprel, 1936-cı il tarixləri arasında kurs direktoru,

aprel — dekabr, 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdində tədris-kurs kombinatının direktoru,

dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,

avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,

avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) səyahət müxbiri (rus.: разъездной корреспондент),

mart, 1941-ci il — iyun, 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru,

İyun, 1941-ci il — oktyabr, 1941-ci il tarixləri arasında İranda yerləşmiş Sovet Ordusunun 20-ci diviziyasında tərcüməçi,

oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.

1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,

iyun, 1942-ci il — dekabr, 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.

Oktyabr, 1943-cü il — dekabr 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəinin rəisi,

may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,

dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.

Təqaüddə

1975-ci ildə təqaüdə çıxıb.

1979-cu ildən respublika əhəmiyyətli təqaüd alıb.

İctimai-siyasi fəaliyyəti

1920-ci ildən komsomol sıralarına qatılıb.

1932-ci ildən kommunist partiyasının üzvü olub.

1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,

1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,

1939 – 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı olub.

Təltif və mükafatları

Vəfatı

5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Şablon:Yaxşı məqalə