Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov | |
---|---|
Məmmədov Məmmədsani Mustafa oğlu | |
Məmmədsani Məmmədov, 1970-ci il. | |
Anadan olub | may 1905 |
Anadan olduğu yer | Ağdaş, Ərəş qəzası, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 5 dekabr 1984 (79 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Səkinə Məmmədova |
Uşaqları | Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə |
Təhsili |
Mərkəzi Sovet Partiya Məktəbi (1918 – 1921) Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924 – 1921) |
Mükafatları |
Məmmədsani Məmmədov — tanınmış jurnalist, “Nuxa fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidəki xüsusi müxbiri olmuş şəxs. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş antisovet üsyanı zamanı Nuxa poçt binasının müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.
Haqqında məlumatlar
1905-ci ilin may ayında Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Ağdaşa köçmüş ailədə anadan olub.
Təhsili
1913 – 1918-ci illərdə ibtidai məktəbində (Ağdaş),
1918 – 1921-ci illərdə II mərhələ məktəbdə (cəmi 3 sinif, Ağdaş),
1922 – 1921-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),
1924 – 1921-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.
Əmək fəaliyyəti
Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,
iyul — oktyabr, 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində müəllim və direktor,
noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Nuxa fəhləsi” qəzetinin redaktoru,
mart — iyul, 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,
iyul — dekabr, 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,
yanvar — aprel, 1936-cı il tarixləri arasında kurs direktoru,
aprel — dekabr, 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdində tədris-kurs kombinatının direktoru,
dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,
avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,
avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) səyahət müxbiri (rus.: разъездной корреспондент),
mart, 1941-ci il — iyun, 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru,
İyun, 1941-ci il — oktyabr, 1941-ci il tarixləri arasında İranda yerləşmiş Sovet Ordusunun 20-ci diviziyasında tərcüməçi,
oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.
1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,
iyun, 1942-ci il — dekabr, 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.
Oktyabr, 1943-cü il — dekabr 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəinin rəisi,
may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,
dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.
Təqaüddə
1975-ci ildə təqaüdə çıxıb.
1979-cu ildən respublika əhəmiyyətli təqaüd alıb.
İctimai-siyasi fəaliyyəti
1920-ci ildən komsomol sıralarına qatılıb.
1932-ci ildən kommunist partiyasının üzvü olub.
1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,
1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,
1939 – 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı olub.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Döyüş xidmətlərinə görə” medalı (1946);
- Lenin yubiley medalı (1970);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı –(1971).
Vəfatı
5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1905-ci ildə doğulanlar
- Mayda doğulanlar
- 5 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)