Hüseyn Rəsulov
Hüseyn Rəsulov | |
---|---|
Rəsulov Hüseyn Bəxtiyar oğlu | |
Hüseyn Rəsulov. | |
Anadan olub | 23 yanvar 1923 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 28 aprel 1991 (68 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
Nuxa Pedaqoji Məktəbi (–1941) Nuxa İkiillik Müəllimlər İnstitutu (1943–1945) |
Mükafatları |
Hüseyn Rəsulov (1923–1991) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi. Müxtəlif illərdə Şəki şəhər 10 №-li orta məktəbinin direktoru, Şəki rayon Xalq Maarif şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. Həmçinin, ədəbi yaradıcılıqla da məşğul olub.
Haqqında məlumatlar
23 yanvar 1923-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1941-ci ildə Nuxa Pedaqoji Məktəbini bitirib.
1941-ci ilin sentyabr ayından 1942-ci ilin fevral ayına qədər Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbində,
1943 — 1945-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
5 avqust 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılıb.
1942-ci ilin fevral ayında kiçik leytenant rütbəsi alıb (Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbinini bitirdiyinə görə).
1942-ci ilin mart ayından dekabr ayına kimi 416-cı Azərbaycan diviziyasında bölük və vzvod komandiri olub.
1942-ci ilin dekabr ayında əlindən yaralandığına görə ordudan tərxis edilib.
Əmək fəaliyyəti
1941-ci ildə bir neçə ay Nuxa rayonunun Aşağı Göynük kəndində müəllim,
1945 – 1946-cı illərdə Nuxa şəhər 6 №-li orta məktəbində müəllim və dərs hissə müdiri işləyib.
1946 – 1974-cü illərdə Nuxa/Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində işləyib; o cümlədən, əvvəl ibtidai siniflər üzrə tədris hissə müdiri,
1950-ci ildən isə məktəbin direktoru olub.
1974-cü ilin mart ayından 1974-cü ilin sentyabr ayınadək Şəki şəhər Xalq Maarif şöbəsinin,
1974-cü ilin sentyabr ayından 1986-ci ilədək Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olub.
Daha sonra Şəki şəhər Xalq Maarif şöbəsində metodist vəzifəsində çalışıb.
Ədəbi fəaliyyəti
1950-ci illərin əvvəllərində ədəbi yaradıcılığa başlayıb. Yaradıcılığında əsas yeri epik əsərlər tutub. Əsərlərini respublika və yerli mətbuatda “Hüseyn Rəsullu” imzası ilə çap etdirib.
1957-ci ildə “Günəş” pyesi Kirovabad Dram Teatrında,
1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Lütfəli Həsənovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında tamaşaya qoyulub.
Təltif və mükafatları
- Orden və medallar;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1965);
- “Qabaqcıl maarif xadimi” döş nişanı.
Vəfatı
28 aprel 1991-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Mete Ə. Rəsulov Hüseyn Bəxtiyar oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 122. — 500 nüsx.
- Şükürov R., Orsər R. Rəsulov Hüseyn Bəxtiyar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 196 – 197. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Orsər R. Hüseyn Rəsulov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 265 – 268. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Adışirinov K. Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) // [1] / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: “Elm və təhsil”, 2020. — Səhifələrin sayı: 353. — Səh.: 43. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1923-cü ildə doğulanlar
- 23 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 28 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr