Fuad Əbdürrəhmanov
Fuad Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Fuad Həsən oğlu | |
Fuad Əbdürəhmanov | |
Doğum tarixi | 11 may 1915 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 15 iyun 1971 (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Mükafatları |
|
Commonsda da Fuad Əbdürrəhmanov ilə əlaqəli mediafayllar var |
Fuad Əbdürrəhmanov (1915–1971) — görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti, rəssam, ikiqat Stalin mükafatı laureatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR xalq rəssamı.
Haqqında məlumatlar
1915-ci ildə Nuxada, dövlət məmurunun ailəsində anadan olub.
1929-cu ildə ailəsi ilə birlikdə əvvəlcə Yevlaxa, az sonra isə Bakıya köçüb.
Təhsili
1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,
1935 – 1940-ci illərdə isə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətii
1942 – 1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Yaradıcılığı
Yaradıcılığa portret janrı ilə başlayıb.
XX əsrin 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Oxçu” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun dərin psixologizmi və ifadəliliyi ilə seçilən barelyeflərini hazırlayıb.
Obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnən Səttar Bəhlulzadə (1947), R.Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B.Bağırova (1951), Səməd Vurğun (1957), Kubalı Xesus (1962) və başqa portretlərin müəllifidir.
Yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutub; Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S.Dadaşov və M.Hüseynov), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M.Hüseynov) və s. əsərləri Azərbaycan sovet monumental heykəltəraşlığının ən yaxşı nümunələrindən hesab olunur.
1950 – 1960-cı illərdə milli xüsusiyyətlərlə zəngin olan “Çoban” (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), “Azərbaycanlı qadın” (gips, 1951), “Azadlıq” (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), “Azad qadın” (tunc, qranit, 1960, memar M.Hüseynov) və s. əsərlərini yaradıb.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova bütün dünyada şöhrət qazandırıb. Ömrünün son illərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.
Əsərləri
- Nizami Gəncəvinin Bakıdakı heykəli (1).JPG
Nizami Gəncəvinin heykəli, Bakı, 1949
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1943);
- “Azərbaycan SSR xalq rəssamı” fəxri adı (1955);
- II dərəcəli Stalin mükafatı (1947) — Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə;
- “Şərəf Nişanı” ordeni (09.06.1949);
- III dərəcəli Stalin mükafatı (1950) — gips «Çoban» heykəlinə görə;
- SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı (1966);
- “Şərəf Nişanı” ordeni (1960);
- medallar.
Həmçinin, bax:
Ədəbiyyat
- ƏBDÜRRƏHMANOV Fuad Hәsәn // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. ?. — ISBN 978-9952-441-11-6.
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 111-112. — 1.000 nüsx.
- "Абдурахманов Фуад Гасан оглы - скульптор".
- "Абдурахманов Фуад Гасан Оглы".
- "АБДУРАХМАНОВ ФУАД ГАСАН ОГЛЫ". azerbaijanworld.com. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib.
- Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
- Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
- Большая советская энциклопедия. — М., 1977.
- Большой энциклопедический словарь (БЭС). — М., 1979.
- Большая художественная энциклопедия. — М., 2009.
- Культура Советского Азербайджана. — Баку: Азербайджанское гос. изд-во, 1980. — С. 89. — 180 с.
- İşləməyən fayl keçidləri olan səhifələr
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 1915-ci ildə doğulanlar
- 11 mayda doğulanlar
- Mayda doğulanlar
- 15 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Stalin mükafatı laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr