Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mehman Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:17, 18 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mehman Əliyev
Əliyev Mehman Əlihüseyn oğlu
Mehman Əliyev
Mehman Əliyev.
Anadan olub 19 oktyabr 1972 (1972-10-19) (52 yaş)
Anadan olduğu yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şəki Texnologiya Texnikumu, parça-trikotaj üzrə texnoloq ixtisası
Facebook səhifəsi

Mehman Əliyev — Azərbaycan Alpaqut–Turan döyüş Federasiyasının Şəki filialının sədri, II ran San Qara kəmər sahibi, ictimai fəal, Şəki bələdiyyəsi Vergilərin yığımı şöbəsinin vergi yığım müfəttişi.

Haqqında məlumatlar

19 oktyabr 1972-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlayıb. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. 2020-ci il üçün Şəki bələdiyyəsi Vergilərin yığımı şöbəsində vergi yığım müfəttişi vəzifəsində işləyir.

İdman fəaliyyəti

1999-cu ildən idmanın əlbəyaxa döyüş sənəti növü ilə məşğuldur.

İctimai fəaliyyəti

2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax: