Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Abdulla bəy Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:07, 14 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abdulla bəy Əfəndizadə
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu
Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə.
Doğum tarixi 4 mart 1873(1873-03-04)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 1928(1928-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819–892)
Anası Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı
Həyat yoldaşları Alagöz xanım Əfəndiyeva, Şəkər xanım Əfəndiyeva
Uşaqları Ziya Əfəndiyev, Nailə xanım Əfəndiyeva, Bahadur bəy Əfəndiyev, Şamil bəy Əfəndiyev, İsmayil Əfəndiyev, Aslan Əfəndiyev
Təhsili

 • Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888–1894)

 • Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895–1899)

Abdulla bəy Əfəndizadə (1873–1928) — tanınmış maarif xadimi, pedaqoq, yazıçı və tərcüməçi. Azərbaycan parlamentinin (1918–1920) Nuxa şəhərindən seçilmiş deputatı olub. Rәşid bәy Əfәndiyevin qardaşı, şair Hikmət Ziyanın isə babasıdır.

Haqqında məlumatlar

4 (16) mart 1873-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1880 – 1888-ci illərdə Nuxada evdə və məhəllə məktəbində ibtidai,

1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik üzrə orta ixtisas,

1895 – 1899-ci illərdə Aleksandr Müəllimlər İnstitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji təhsil alıb.

Əmək fəaliyyəti

1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb. Daha sonra müxtəlif məktəblərdə müəllim və müdir (1898–1920) işləyib.

İctimai-siyasi fəaliyyəti

1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.

1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.

Ədəbi, elmi, pedaqoji-elmi və tərcüməçilik fəaliyyəti

1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində Nuxada topladığı folklor nümunələri,

1906-cı ildə “Rüstəmin yuxusu” adlı kitabı,

1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,

1914-cü ildə “Şagirdlərə hədiyyə” adlı kitabı,

1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.

Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.

Vəfatı

1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 214. — ISBN 978-9952-441-13-0.
  2. Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.
  3. Mərdanov M, Tahirzadə Ə. ƏFƏNDİZADƏ (AZAQBƏYLİ) Abdulla bəy İsmayıl əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 253-263. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.