Mirzə Fətəli Axundovun ev muzeyi

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:48, 22 iyun 2022 tarixli redaktə
Muzey
Mirzə Fətəli Axundovun ev muzeyi
Ümumi görünüş.
Ümumi görünüş.
Ümumi görünüş.
Ölkə Azərbaycan
Şəhər Şəki
Tikinti tarixi ≈1800
Xronologiya:
1940 — Evdə Mirzə Fətəli Axundovun ev muzeyi açılıb.
1975 — Birotaqlı pavilyon-ekspozisiya zalı əlavə edilib.
2011 – 2012 — Əsaslı təmir olunub.
Status xatirə muzeyi
Material çiy kərpic
Açılış tarixi 1940
Eksponat sayı 421
Direktoru Xəlilova Ulduz Orxan qızı
Ünvan Şəki şəhəri, M.F.Axundzadə küçəsi, 1.
Telefon +994242443708
Sayt muzeyin rəsmi facebook səhifəsi
Mirzə Fətəli Axundovun ev muzeyi (Azərbaycan)
Mirzə Fətəli Axundovun ev muzeyi (Şəki rayonu)
Mirzə Fətəli Axundovun ev muzeyi (Şəki)
 41°12′08″N 47°11′57″E / 41.202175°N 47.199150°E / 41.202175; 47.199150

Mirzə Fətəli Axundovun ev muzeyiMirzə Fətəli Axundovun 1812-ci ildə doğulduğu, 1814-cü ilədək və 1826 – 1832-ci illərdə yaşadığı ev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən xatirə muzeyi. Şəkinin tarixi hissəsində – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. 1940-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə təşkil edilmişdir və Azərbaycanda açılmış ilk xatirə muzeyidir[1]. Təqribən 1800-cü ildə çiy kərpicdən tikilmiş 2 otaqlı və üstü kirəmitlə örtülmüş evdən və 1975-ci ildə həmin evə əlavə edilmiş birotaqlı pavilyon-ekspozisiya zalından ibarətdir. 2011 – 2012-ci illərdə əsaslı təmir edilib. 2022-ci ilin birinci yarısı üçün muzeyin fond və ekspozisiyasında Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə, yaşadığı dövrə aid eksponatların sayı 421 ədəd olub. Muzeydə vaxtaşırı olaraq Mirzə Fətəli Axundova həsr edilmiş müxtəlif mədəni, maarifləndirici tədbirlər keçirilir və tematik sərgilər təşkil olunur[2][3][4].

Şəkillər

İstinadlar

Ədəbiyyat

  1. Bayramov A. Ədəbi-xatirə muzeyləri : [arx. 10 Apr 2018 - 17 Feb 2020] // Mədəniyyət qəzeti. — 2010. — 1 sentyabr. — Müraciət tarixi: 21.06.2022.
  2. Axundzadənin ev–muzeyi // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 227. — ISBN 978-9952-441-02-4.
  3. Tabe təşkilatlar : Mirzə Fətəli Axundzadənin ev muzeyi : [arx. 21.06.2022] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 21.06.2022.
  4. Mirzə Fətəli Axundzadənin ev-muzeyi : [arx. Şəki İrs Reyestri] // Şəki İrs Reyestri. — Müraciət tarixi: 21.06.2022.