Nəsib Əbdürrəhmanov
Nəsib Abdurəhmanov | |
---|---|
Abdurəhmanov Nəsib Yusif oğlu | |
Nəsib Abdurəhmanov | |
Nəsib Abdurəhmanov | |
Digər adı | Nəsib doktor |
Anadan olub | 24 oktyabr 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 23 sentyabr 1976 (62 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | ürək xəstəliyi |
Həyat yoldaşı | Səadət |
Uşaqları | Yusif, İradə və Sədaqət |
Təhsili | Azərbaycan Tibb İnstitutu (1934–1939) |
Mükafatları |
|
Nəsib Abdurəhmanov (1913–1976) — sovet dövründə Şəkidə tanınmış həkim, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Xəstəxanasının baş həkiminin müavini.
Haqqında məlumatlar
24 oktyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1916-cı ildə atası,
1917-ci ildə anası vəfat edib. Bundan sonra əmisi oğlunun himayəsində böyüyüb.
Təhsili
1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1939-cu ildə hərbi xidmətə başlayıb. Böyük Vətən müharibəsində iştirak edib və bir neçə dəfə yaralanıb. 1943-cü ildə 3-cü dərəcəli hərbi həkim, 1944-cü ildən isə tibb xidməti kapitanı rütbəsinə malik idi. Orden və medallarla təltif olunub.
28 dekabr 1945-ci il tarixdə ordudan tərxis edilib.
Əmək fəaliyyəti
On yaşında ayaqqabı tikən usta yanında şagird durub.
1926 – 1928-ci illərdə ipək fabrikində fəhlə işləyib. Sonra Şəkidə bənnalıq kursunu bitirib və bənnalıq edib.
1939-cu ildə qısa müddət əvvəl Nuxa şəhər poliklinikasında, sonra isə Nuxa rayonunun Baş Göynük kəndindəki sahə xəstəxanasında həkim işləyib.
1946-cı ildən əvvəlcə Nuxa rayon mərkəzi xəstəxanasında yoluxucu xəstəliklər, sonra daxili xəstəliklər şöbəsində həkim işləyib.
1953 – 1957-ci illərdə Nuxa rayon mərkəzi xəstəxanasın daxili xəstəliklər şöbəsinin və Şəki şəhər səhiyyə şöbəsinin müdiri,
1957-ci ildən ömrünün sonuna qədər Şəki şəhər mərkəzi xəstəxanası baş həkiminin müavini vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
IV (1953), V (1955), VI (1957), VII (1959), VIII (1961) və IX (1963) çağırış Nuxa şəhər Sovetinin deputatı olub.
Təltif və mükafatları
- “Səhiyyə əlaçısı” döş nişanı;
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı;
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı,
Vəfatı
23 sentyabr 1976-cı il tarixdə – 62 yaşında, ürək xəstəliyindən qəflətən Şəkidə vəfat edib.
Ailəsi
Həyat yoldaşı Səadət uzun illər Şəki Mərkəzi xəstəxanası laboratoriyasının müdiri olub. Oğlu Yusif həmin xəstəxanada cərrah, bir qızı İradə ginekoloq, digər qızı Sədaqət isə Bakıdakı xəstəxanalardan birində terapevt işləyib.
Ədəbiyyat
- Абдурахманов Насиб Юсупович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
- Абдурахманов Насиб Юсубович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
- Mete Ə. Karvan yol gedir // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 344-345. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Nəsib // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 33-34. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1913-cü ildə doğulanlar
- 24 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 23 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Səhiyyə əlaçıları (SSRİ)
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr