Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Məmməd Əfəndiyev (riyaziyyatçı)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:55, 16 noyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev.
Doğum tarixi (5) 17 oktyabr 1887(1887-10-17)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elmi adı professor
Evladları Fəridə, Adilə
Atası Rəşid bəy Əfəndiyev
Anası Zeynəb
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1943
Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (1887–1977) — tanınmış riyaziyyatçı-pedaqoq, professor, Azərbaycan SSR əməkdar elm xadimi, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru. Tanınmış pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Haqqında məlumatlar

17 (5) oktyabr 1887-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.
Rəşid bəy Əfəndiyevin ailə üzvləri, soldan: 1) Mahtaban xanım; 2) Cəmilə xanım; 3) Məmməd Əfəndiyev; 4) Naimə; 5) Maral. Arxada: İzzət Nəbiyev.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1921-ci illərdə isə Nuxa gimnaziyasında əvvəl müəllim, sonra isə müdir (1917-ci ildə gimnaziyanın milliləşdirilməsi işində xüsusi xidməti olub),

1920 – 1921-ci illərdə Şəki qəza maarif şöbəsinin məktəblər bölməsinin müdiri, qısamüddətli müəllimlər kursunun müdiri vəzifəsində çalışıb.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur (bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı).

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

Elmi-pedaqoji fəaliyyəti

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində riyazi terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Təltif və mükafatları

Vəfatı

1 iyun 1977-ci il tarixdə – 89 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

1992-ci ildə Bakıda bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. Cavadov M. Qocaman pedaqoq = Гоҹаман педагог // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 18 dekabr. — № 146 (5.602). — Səh. 2.
  2. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 153-154. — 1.000 nüsx.
  3. Mete Ə. Tanınmış riyaziyyatçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 214-215. — 500 nüsx.
  4. ƏFƏNDİYEV Mәmmәd Rәşid oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 217. — ISBN 978-9952-441-13-0.
  5. Mərdanov M., Tahirzadə Ə. ƏFƏNDİYEV (ƏFƏNDİZADƏ) Məhəmməd bəy Rəşid bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 227–230. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.

Aidiyyəti linklər

Həmçinin, bax: