Mübariz Məmmədrzayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mübariz Məmmədrzayev
Məmmədrzayev Mübariz Həsən oğlu
Mübariz Məmmədrzayev
Mübariz Məmmədrzayev.
Doğum tarixi 3 oktyabr 1959 (1959-10-03) (65 yaş)
Doğum yeri Cunud, Nuxa (Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili

 • 1982-ci ildə Bakı Mədəni-maarif texnikumu (–1982)

 • M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (–1988)

Mübariz Məmmədrzayev — yazıçı və publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Mətbuat Şurasinın üzvü.

Haqqında məlumatlar

3 oktyabr 1959-cu ildə Nuxa (Şəki) rayonunun Cunud kəndində anadan olub.

Təhsili

1976-cı ildə Şəki rayon Baş Layısqı kənd orta məktəbini,

1982-ci ildə Bakı Mədəni-maarif texnikumunu,

1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Hərbi xidməti

1977 – 1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1982 – 1992-ci illərdə Baş Layısqı kənd Mədəniyyət evinin direktoru,

1993 – 1997-cı illərdə Şəki şəhər icra hakimiyyəti başçısının Baş Layısqı inzibati-ərazi vahidi üzrə nümayəndəsi,

1998-ci ildən “Azəri” qəzetinin redaktoru,

1999-cu ildən “Vətən” qəzetinin redaktoru və özünün təsis etdiyi “Üzbəüz” qəzetinin baş redaktoru,

2012 – 2022-ci illərdə “Avromed Company” QSC baş idarəsinin rəhbəri vəzifəsində çalışıb.

Ədəbi-bədii yaradıcılığı

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb.

Kitabları

  • “Taleyin sərt oyunu” (povest);
  • “Əlli il xalqın maariflənməsi yolunda” (sənədli xronika).

İctimai-siyasi aktivliyi

1990-cı ildə Şəki şəhər sovetinin deputatı seçilib.

Ailəsi

Evlidir, 2 övladı var.

Ədəbiyyat

  1. Orsər R. Mübariz Məmmədrzayev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 640-644. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Yusifli A. (ideya müəllifi) Mübariz Məmmədrzayev // Qədim oğuz yurdu - Baş Layısqı. — ensiklopedik toplu. — Bakı: Ozan, 2014. — Səhifələrin sayı:  527. — Səh.: 522.