Gülyanaq Məmmədova
Jump to navigation
Jump to search
Gülyanaq Məmmədova | |
---|---|
Məmmədova Gülyanaq Zakir qızı | |
Gülyanaq Məmmədova, 2015-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1973 |
Doğum yeri | Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Peşəsi | Müğənni |
|
|
Təhsili |
|
Mükafatları |
Gülyanaq Məmmədova — tanınmış müğənni, Azərbaycan Respublikasının xalq artisti, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın kiçik bacısıdır.
Haqqında məlumatlar
1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1980 – 1990-cı illərdə Böyük Dəhnə kənd 1 №-li orta məktəbində,
1992 – 1996-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam şöbəsində,
1996 – 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr musiqili teatr və kino aktyoru fakültəsində (bakavr və magistr) təhsil alıb.
Əmək fəaliyyəti
1990 – 1992-ci illərdə Şəki rayon Mədəniyyət evində işləyib.
1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalistidir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (1998);
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (2003, 2012);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2014).
Filmoqrafiya
Ədəbiyyat
- Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 524 – 526. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Məmmədova Gülyanaq // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 267. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
12 Kateqoriya:
- G
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- 10 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1973-cü ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Azərbaycan Respublikasının xalq artistləri
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr