Gülyaz Məmmədova
Gülyaz Məmmədova — tanınmış müğənni, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın bacısıdır.
Gülyaz Məmmədova | |
---|---|
Məmmədova Gülyaz Zakir qızı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1970 |
Doğum yeri | Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSR |
|
|
Mükafatları |
Haqqında məlumatlar
1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1977 – 1987-cı illərdə Böyük Dəhnə kənd 1 №-li orta məktəbində,
1988 – 1992-cı illərdə A.Zeynallı adına Musiqi texnikumunda təhsil alıb.
2002-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (solo oxu ixtisası üzrə) bitirib.
Əmək fəaliyyəti
1991 – 2014-cü illərdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti olub.
1992-ci ildən Azərbaycan Milli Opera və Balet Teatrının solistidir.
İkinci iş yerləri
1996-cı ildən Milli Konservatoriyanın nəzdindəki Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərib.
1997-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində dərs deyir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı (1998);
- Azərbaycan Respublikası Prezidentinin Mükafatı (2012);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı — (2014).
Ədəbiyyat
- Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 524 – 526. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Məmmədova Gülyaz // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 266. — 600 nüsx. — ISBN 5-8066-1708-4.