Teymur Cabbarlı
Teymur Cabbarlı (1901–1970) — tanınmış pedaqoq, partiya işçisi və rəhbər kadr. Şəki şəhər İcra hakimiyyətinin sabiq başçısı Murad Cabbarlının babasıdır.
Teymur Cabbarlı | |
---|---|
Cabbarlı Teymur Cabbar oğlu | |
Teymur Cabbarlı | |
Teymur Cabbarlı. | |
Anadan olub | 1901 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 26 noyabr 1970 (69 yaşında) |
Dəfn yeri | Bakı |
Həyat yoldaşı | Məhruzə |
Uşaqları | Qorxmaz və Solmaz |
Atası | Cabbar Abbas oğlu |
Anası | Sitarə Ağamirzə qızı |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Ali Pedaqoji İnstitut, fizika-riyaziyyat fakültəsi (1922–1925) • Marksizim-leninizm axşam universiteti (1939–1940) |
Mükafatları |
Haqqında məlumatlar
1901-ci ildə Nuxada (indiki Şəki) dabbaqçı ailəsində anadan olub.
Təhsili
1908 – 1914-cü illərdə Nuxada milli “Vətən” məktəbində,
1914 – 1919-cu illərdə ali ibtidai məktəbdə,
1919-cu ilin yayında müəllim hazırlayan üçaylıqlıq kursda təhsil alıb.
1922 – 1925-ci illərdə Bakıda Ali Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsində,
1939 – 1940-cı illərdə Marksizim-leninizm axşam universitetində təhsil alıb.
Əmək fəaliyyəti
1919 – 1921-ci illərdə Nuxada ibtidai məktəbdə müəllim,
1921 – 1922-ci illərdə nümunə-zəhmət məktəbində müəllim,
1925 – 1926-cı illərdə Gəncə Pedaqoji Texnikumunda riyaziyyat müəllimi,
1926 – 1930-cu illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda riyaziyyat müəllimi,
1930 – 1932-ci illərdə Gəncə Sənaye Texnikumunda[qeyd 1] riyaziyyat müəllimi və tədris hissə müdiri,
1926 – 1930-cu illərdə Gəncə/Bakı Elektromexanika Texnikumunun[qeyd 2] direktoru,
1932-ci ilin sentyabrından – 1939-cu ilə qədər İxtisasartırma İnstitutunda metodist,
1939-cu ildən İxtisasartırma İnstitutunda riyaziyyat kafedrasının müdiri,
1942-ci ilin yanvar – mart aylarında Azərbaycan K(b)P Bakı şəhər Oktyabr rayon komitəsində təbliğat şöbəsinin müdiri,
1942-ci ilin mart ayından 1945-ci ilin fevral ayına qədər Azərbaycan K(b)P MK-də təşviqat sektorunun rəhbəri,
1945-ci ilin fevral ayından 1945-ci ilin sonunadək Azərbaycan K(b)P Bakı şəhər komitəsində təşkilat şöbəsinin rəhbəri,
1946-cı ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəniyyət işləri üzrə komitənin sədr müavini vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1936-cı ildən 1941-ci ilin mart ayına qədər Azərbaycan SSR Dövlət Elmi-Tədqiqat Məktəb İnstitutunda çalışıb; o cümlədən, əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsini icra edən şəxs,
1940-cı ildən 1941-ci ilin mart ayına qədər institutun direktoru,
1941-ci ilin mart ayından 1942-ci ilin yanvar ayına qədər riyaziyyat üzrə elmi kabinəsinin rəhbəri olub.
İctimai-siyasi aktivliyi
1939-cu ildə Bakı şəhər Oktyabr rayon Sovetinin,
1948-ci ildə Bakı şəhər Voroşilov rayon Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “Əmək rəşadətinə görə” medalı (1945).
- “Şərəf Nişanı” ordeni (1946).
Ailəsi
Atası Cabbar Abbas oğlu dabbaqçı idi. 1926-cı ildən sonra yaşının çoxluğu səbəbindən heç yerdə işləməyib. 1944-cü ildə vəfat edib.
Anası Sitarə Ağamirzə qızı evdar qadın olub və 1938-ci ildə vəfat edib.
Ailədə 6 uşaq olublar (Hüseynbala (1898–1942), Teymur (1901–1970), Mustafa (1903–1963), Süleyman (1905–?), Qurban (1908–1973), Məmməd (?–?) ).
1928-ci ildə ailə qurub. Həyat yoldaşı Məhruzə Abdurəhman qızı Azərbaycan SSR Ali Sovetinin əfv komissiyasında katib işləyib.
Qorxmaz adlı oğulları və Solmaz adlı qızları olub.
Qeydlər
Vəfatı
26 noyabr 1970-ci il tarixdə – 69 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Ədəbiyyat
- Cabbarlıların şəxsi işi : [rus.]. — Müraciət tarixi: 08.08.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |