Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Süleyman Eldarov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Süleyman Eldarov
Eldarov Süleyman Əsgər oğlu
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə Şablon:РККА, Сержант
Hərbi hissə artilleriya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeniSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svg"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri, hansı ki, bu Sovet İttifaqı Qəhrəman adına bərabər tutulur. Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri kimi xidmət edib. Sovet ordusundan təxris edilərkən serjant (çavuş) əsgəri rütbəsinə malik olub.

Haqqında məlumatlar

10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

1942-ci il 9 yanvar tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və topçu heyətin tərkibində düşmənin Çernelisa[1] yaşayış mantəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstəsini) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində, 829-cu artilleriya polkunun top komandirinin müavini idi və onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib.

26 июля 1944-cü il tarixdə, Ukrayna yaşayış məntəqəsi Lipinki yaxınlığında – hansı ki, Lvov şəhərindən 13 km cənubunda yerləşir, yefreytor Süleyman Eldarov düşmənin iki əks hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov — Strıy magistral yolunu tutmasına imkan yaratdı. Bu döyüşdə Süleyman Eldarov yaralansa da döyüş meydanını tərk etməyib.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Ədəbiyyat

  1. indiki İvano-Frankov vilayəti (Ukrayna)