Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Anadan olub | 15 mart 1900 |
Anadan olduğu yer | Aşqabad, Zakaspiyski vilayəti, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1979 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | yol-avtomobil qəzası |
Uşaqları | Əkrəm Şəkinski, Hikmət Şəkinski, Səltənət Şəkinskaya, Gülnarə Şəkinskaya |
Atası | Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (1828–1919)[1] |
Anası | Səltənət Hüseyn qızı (?–1914) |
Mükafatları |
Məmmədəmin Şəkinski (1900 – 1979) — Azərbaycan sovet dövlət xadimi və sovet milis polkovniki. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab edilir. Azərbaycan SSR-in maarif komissarı olmuş Məmmədsadıq Əfəndiyevin (1902 – 1942) qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin atası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuş, polis general-mayoru Emin Şəkinskinin (1960 – 2020) babasıdır.
Haqqında məlumatlar
15 mart 1900-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyib.
1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.
1914-cü ildə anası – Səltənət Hüseyn qızı,
1919-cu ildə isə atası – Mirzə Əhməd vəfat edib.
Təhsili
1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.
Əmək fəaliyyəti
1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvvəl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.
1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.
1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində işləyib.
Daha sonra Bakı Sovetində sədr müavini olub.
1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsində çalışıb.
1934 – 1935-ci illərdə, əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.
1936 – 1937-ci illərdə, əvvəl Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.
1947-ci ildə cəza müddətindən (1939 – 1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilib, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləyib[2].
1955 – 1957-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində işləyib.
1960 – 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi olub[3]; fərdi (İttifaq əhəmiyyətli) pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilib.
1968 – 1975-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi “Azərneft” Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini,
1979 – 1979-cu illərdə isə “Azərneft”in hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi olub[4].
Siyasi fəaliyyəti
1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına üzv olub. Partiyanın Qafqaz Komitəsi və “Hümmət” təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilib, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak edib. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində onun təklifi ilə V.İ.Leninə təbrik teleqramı göndərilmişdir.
1918-ci ildə “Hümmət”in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi olarkən fəhlələr arasında,
1919 – 1920-ci illərdə isə Azərbaycan Cümhuriyyəti ordusunda əsgərlik edərkən fəhlələr arasında bolşevik təbliğatı aparıb.
1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.
15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.
Məhkunluğu və bəraət alması
1937-ci ilin noyabrında həbs edilib; 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunub və Kolıma həbs düşərgəsinə göndərilib.
1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiyinə görə ona bəraət verib.
Mükafatları
- Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921).
- “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).
- Lenin ordeni.
- digər medallar.
Vəfatı
28 sentyabr 1979-cu il tarixdə, gündüz saat 3:30 radələrində, nahar fasiləsindən işə piyada qayıdarkən Hüsü Hacıyev küçəsində avtomobil vurması nəticəsinə həlak olub[4].
Xatirəsi
Ölümündən iki gün sonra – sentyabrın 30-da, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetində vəfatı münasibəti ilə nekroloq dərc olunub. Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov və başqaları imzalamışdır[4].
İstinadlar
- ↑ İmruz Əfəndiyeva, 2020.
- ↑ Teyyub Qurban, 2012, 23 – 25 iyun, s. 15.
- ↑ Teyyub Qurban, 2011, 9-11 iyul, s. 15.
- ↑ 4,0 4,1 4,2 Teyyub Qurban, 2012, 2 – 4 iyun, s. 15.
Ədəbiyyat
- Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
- Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 504. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Şəkinski Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 522 – 523. — 1.000 nüsx.
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 2 – 4 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 23 – 25 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2011, 9-11 iyul. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- İmruz Əfəndiyeva (2020). "Atam haqqında xatirələr". https://edebiyyatqazeti.az/ (azərb.). Ədəbiyyat qazeti. 1 Dec 2020 tarixində arxivləşdirilib.
- M
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkinskilər
- 1900-cü ildə doğulanlar
- 15 martda doğulanlar
- Martda doğulanlar
- 28 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Lenin ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr