Tacəddin Əfəndiyev
Tacəddin Əfəndiyev | |
---|---|
Əfəndiyev Tacəddin Abdurrahman oğlu | |
Tacəddin Əfəndiyev, 1970-ci il. | |
Anadan olub | 23 fevral 1922 |
Anadan olduğu yer | Əli Bayramov kəndi (indiki Aslanbəyli), Qazax qəzası, Azərbaycan SSR, ZSFSR |
Vəfat edib | 18 sentyabr 1986 (64 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
Uşaqları | Zümrüd Əfəndiyeva, Cahangir Əfəndiyev |
Təhsili |
Nuxa Toxuculuq Texnikumu (–1940) Moskva Toxuculuq İnstitutu (–1955) |
Mükafatları |
Tacəddin Əfəndiyev (1922 – 1986) — ipəkçilik və toxuculuq sənayesi mühəndisi, Böyük Vətən müharibəsi iştirakçısı. 1960 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru, həmçinin, 1975 – 1981-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olub. Şəkidə bir sıra abadlıq-quruculuq işlərinin həyata keçilirlnəsi istiqamətində müstəsna xidmətləri var; “Marxal” ipəkçilərinin istirahət kompleksi, “Səadət” pioner düşərgəsi onun təşəbbüsü və rəhbərliyi ilə iməciliklər yolu ilə yaradılmışdır.
Haqqında məlumatlar
23 fevral 1922-ci il tarixdə Qazax qəzasının Əli Bayramov (indiki Aslanbəyli) kəndində anadan olub.
Təhsili
1940-cı ildə Nuxa Toxuculuq Texnikumunu,
1955-ci ildə Moskva Toxuculuq İnstitutunu bitirib.
Hərbi xidmətdə
1940-cı ildə hərbi xidmətə çağırılıb.
1941-ci ilin fevralından Novqorodda yerləşmiş DKAMHM-nın (Diviziya Kiçik Aviasiya Mütəxəssisləri hazırlayan Məktəb) kursantı olub. Həmin ilin 22 iyun tarixində Böyük Vətən müharibəsinin başlanmasından sonra məktəb Voronejə köçürülüb və avqust ayında məktəbin növbədənkənar buraxılışında təyinatla 7-ci uzağauçan aviasiya alayının 4-cü avio-eskadrilyasına atıcı-radist göndərilib.
25 mart 1945-ci il tarixli “Bakinski raboçi” qəzetində dərc olunmuş məktubunda Stalinqrad, Leninqrad əməliyyatlarında, Ukraynada, Pribaltikada vuruşduğunu, müharibənin dörd ilində 200-dən artıq uçuşda olduğunu, iki orden, 3 medalla təltif olunduğunu vurğulayıb.
9 may 1945-ci ildə Almaniya üzərində qələbədən sonra isə Yaponiya ilə müharibədə iştirak etmiş və daha iki medalla təltif olunmuşdur.
1945-ci ilin sonunda qvardiya starşinası hərbi rütbəsi ilə Sovet Ordusundan tərxis olunub.
Əmək fəaliyyəti
1940-cı ildə Nuxa ipək laboratoriyasında işləyib.
1946 – 1948-ci illərdə Nuxa şəhərindəki 2 №-li ipək fabrikində baş mühəndis,
1948 – 1949-cu illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baramaaçan sexinin rəisi,
1955 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baş mühəndis,
1961 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru olub.
1981-ci ildən əmək fəaliyyətini Şəki Elektrik Şəbəkəsi idarəsində mülki-müdafiə şöbəsinin rəisi vəzifəsində davam etdirib.
Siyasi fəaliyyəti
1943-cü ildən ÜİK(b)P-nın üzvü olub.
Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub.
Azərbaycan KP XXVIII qurultayının nümayəndəsi seçilib.
Təltif və mükafatları
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (1941 – 1945-ci illər arasında);
- “Qırmızı Ulduz” ordeni (1943);
- “Stalinqradın müdafiəsinə görə” medalı (1941 – 1945-ci illər arasında);
- “Leninqradın müdafiəsinə görə” medalı (1941 – 1945-ci illər arasında);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Yaponiya üzərində qələbəyə görə” medalı (1945);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – 3 dəfə (..., ..., 1972[qeyd 2]);
- “Oktyabr İnqilabı” ordeni;
- Lenin yubiley medalı (1970);
Vəfatı
18 sentyabr 1986-ci il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Cənazəsi V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəinin klubuna qoyulmuş, mərhumla təntənəli vida mərasimi təşkil edilmişdir. Vida mərasimində Stepanakert İpək Kombinatının, Ordubad baramaaçan fabrikinin nümayəndələri də iştirak etmiş və mərhuma ehtiram əlaməti olaraq fəxri qaravulda durmuşlar.
Fotoşəkillər
Tacəddin Əfəndiyevin vəfatı münasibəti ilə “İpəkçi” qəzetində dərc olunmuş nekroloq (№ 25-26 (1501) 25 sentyabr 1986-cı il).
Qeydlər
- ↑ 1,0 1,1 Müəssisənin əvvəlki adları: V.İ.Lenin adına Nuxa İpək Kombinatı (mart, 1968-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək Kombinatı (mart, 1975-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi (mart, 1975-ci il tarixdən).
- ↑ Respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar.
Ədəbiyyat
- Çətin yolun yolçusu: Tacəddin Əfəndiyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —15 aprel c. — № 12 – 13 (1236 – 1237). — Səh. 2 – 3.
- Mahmudov B. (tərcüməçi). Atıcı – radist (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —20 iyun c. — № 20 – 21 (1244 – 1245). — Səh. 3 – 4.
- Tacəddin Aburrahman oğlu Əfəndiyev (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1986. —25 sentyabr c. — № 25 – 26 (1501). — Səh. 3.
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1922-ci ildə doğulanlar
- 23 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 18 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1986-cı ildə vəfat edənlər
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Yaponiya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Oktyabr İnqilabı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)