Tacəddin Əfəndiyev
Tacəddin Əfəndiyev | |
---|---|
Əfəndiyev Tacəddin Abdurrahman oğlu | |
Tacəddin Əfəndiyev, 1970-ci il. |
Tacəddin Əfəndiyev (1922–1986) — ipəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr. 1960 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru, həmçinin, 1975 – 1981-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olmuşdur. Şəkidə bir sıra abadlıq-quruculuq işlərinin həyata keçilirlnəsi istiqamətində müstəsna xidmətlər vardır; “Marxal” ipəkçilərinin istirahət kompleksi, “Səadət” pioner düşərgəsi onun təşəbbüsü və rəhbərliyi ilə iməciliklər yolu ilə yaradılmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
23 fevral 1922-ci il tarixdə Qazax qəzasının Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1940-cı ildə Nuxa Toxuculuq Texnikumunu,
1955-ci ildə Moskva Toxuculuq İnstitutunu bitirib.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1940-cı ilin dekabrında hərbi xidmətə qəbul edilib.
1941-ci ilin fevralından Novqorodda yerləşmiş DKAMHM-nın (Diviziya Kiçik Aviasiya Mütəxəssisləri hazırlayan Məktəb) kursantı olub. Həmin ilin 22 iyun tarixində Böyük Vətən müharibəsinin başlanmasından sonra məktəb Voronejə köçürülüb və avqust ayında məktəbin növbədənkənar buraxılışında təyinatla 7-ci uzağauçan aviasiya alayının 4-cü avio-eskadrilyasına atıcı-radist göndərilib.
25 mart 1945-ci il tarixli “Bakinski raboçi” qəzetində dərc olunmuş məktubunda Stalinqrad, Leninqrad əməliyyatlarında, Ukraynada, Pribaltikada vuruşduğunu, müharibənin dörd ilində 200-dən artıq uçuşda olduğunu, iki orden, 3 medalla təltif olunduğunu vurğulayıb.
9 may 1945-ci ildə Almaniya üzərində qələbədən sonra isə Yaponiya ilə müharibədə iştirak etmiş və daha iki medalla təltif olunmuşdur.
15 noyabr 1945-ci il tarixdə qvardiya starşinası hərbi rütbəsi ilə Sovet Ordusundan tərxis olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1940-cı ildə Nuxa ipək laboratoriyasında işləyib.
1946 – 1948-ci illərdə Nuxa şəhərindəki 2 №-li ipək fabrikində baş mühəndis,
1948 – 1949-cu illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baramaaçan sexinin rəisi,
1955 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baş mühəndis,
1961 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru olub.
1981-ci ildən əmək fəaliyyətini Şəki Elektrik Şəbəkəsi idarəsində mülki-müdafiə şöbəsinin rəisi vəzifəsində davam etdirib.
Ictimai-siyasi fəallığı[redaktə | HTML redaktə]
1943-cü ildən ÜİK(b)P-nın üzvü olub.
Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub.
Azərbaycan KP XXVIII qurultayının nümayəndəsi seçilib.
1975–1981-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Leninqradın müdafiəsinə görə” medalı (22.12.1942);
- “Stalinqradın müdafiəsinə görə” medalı (22.12.1942);
- “Qırmızı Ulduz” ordeni (16.02.1943);
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (12.06.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “Yaponiya üzərində qələbəyə görə” medalı (1945);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – 3 dəfə (1964, ..., 1972[qeyd 2]);
- “Oktyabr İnqilabı” ordeni;
- Lenin yubiley medalı (1970).
Vəfatı[redaktə | HTML redaktə]
18 sentyabr 1986-ci il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Cənazəsi V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsinin klubuna qoyulmuş, mərhumla təntənəli vida mərasimi təşkil edilmişdir. Vida mərasimində Stepanakert İpək Kombinatının, Ordubad baramaaçan fabrikinin nümayəndələri də iştirak etmiş və mərhuma ehtiram əlaməti olaraq fəxri qarovulda durmuşlar.
Fotoşəkillər[redaktə | HTML redaktə]
Tacəddin Əfəndiyevin vəfatı münasibəti ilə “İpəkçi” qəzetində dərc olunmuş nekroloq (№ 25-26 (1501) 25 sentyabr 1986-cı il).
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 Müəssisənin əvvəlki adları: V.İ.Lenin adına Nuxa İpək Kombinatı (mart, 1968-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək Kombinatı (mart, 1975-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi (mart, 1975-ci il tarixdən).
- ↑ Respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Уфендиев Таджедин Абдурахманович : [arx. 25.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 25.07.2021.
- Эфендиев Таджаддин Абдурахманович : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
- Эфендеев Таджидан Абдурахманович : Документы о награждении : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
- FƏXRİ FƏRMANLA TƏLTİF EDİLMİŞLƏR = ФӘХРИ ФӘРМАНЛА ТӘЛТИФ ЕДИЛМИШЛӘР // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 7 noyabr. — № 132 (429). — Səh. 3.
- Çətin yolun yolçusu: Tacəddin Əfəndiyev // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —15 aprel c. — № 12 – 13 (1236–1237). — Səh. 2 – 3.
- Mahmudov B. (tərcüməçi). Atıcı – radist // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —20 iyun c. — № 20 – 21 (1244–1245). — Səh. 3 – 4.
- Tacəddin Aburrahman oğlu Əfəndiyev (nekroloq) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1986. —25 sentyabr c. — № 25 – 26 (1501). — Səh. 3.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
.