Rəşad Rəhimov
Rəşad Rəhimov — fizika elmləri doktoru, dosent, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi.
Haqqında məlumatlar
27 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966-cı ildə Nuxa şəhər 11 saylı orta məktəbini,
1973-cü ildə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1975 – 1979-cu illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə "InSb - In2GeTe bərk məhlulunda elektron və fonon prosesləri" mövzusunda namzədlik dissertasiyasını,
2010-cu ildə “III-V qrup yarimkeçirici birləşmələr əsasinda bərk məhlullarda və evtektik kompozitlərdə elektron, fonon proseslərin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2006-cı ildə dosent elmi adını alıb.
43-i xaricdə, o cümlədən, 16-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 125 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1983-cü ildən Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb.
Hal-hazırda AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rəhimov Rəşad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 184-185. — 1.000 nüsx.
- Fizika İnstitutunun elmlər doktorları : Rəhimov Rəşad Nizaməddin oğlu : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |