Mənzər Rəhimli
Mənzər Rəhimli | |
---|---|
Rəhimli Mənzər Əhməd qızı | |
Mənzər Rəhimli | |
Mənzər Rəhimli. | |
Doğum tarixi | 20 fevral 1950 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | kimya |
İş yeri | AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Təhsili |
• Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya fakültəsi (–1971) • Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu, aspirantura (1982–) |
Atası | Əhməd Rəhimli |
Mənzər Rəhimli — kimya elmləri namizədi, AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa və Bakı şəhər, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmış Əhməd Rəhimlinin qızıdır.
Haqqında məlumatlar
20 fevral 1950-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib.
1982-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda qeyri-üzvi kimya ixtisası üzrə aspiranturaya daxil olub.
Elmi fəaliyyəti
1992-ci ildə “Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması” mövzusunda dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi elmi dərəcəsi alıb.
11-i xaricdə, 3-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rəhimli Mənzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 480-481. — 1.000 nüsx.
- Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları : Rəhimli Mənzər Əhməd qızı : [arx. 10.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 10.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 20 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə