Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Məmmədiyyə Cabbarov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədiyyə Cabbarov
Cabbarov Məmmədiyyə Süleyman oğlu
Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov.
Digər adı Məmmədiyyə Süleymanlı
Anadan olub 1 iyun 1910(1910-06-01)
Vəfat edib 30 mart 1997 (86 yaşında)
Uşaqları Qurtuluş, Bahar, Elman
Təhsili

 • Bakı Pedaqoji Texnikumu (1927–1931)

 • Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi, –1931)
Mükafatları I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı; 1910–1997) — yazıçı, publisist və jurnalist; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan SSR “Bilik” cəmiyyətində redaksiya-nəşriyyat şöbəsinin redaktoru və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

1 iyun 1910-cu il tarixdə Nuxada, tacir ailəsində anadan olub.

Təhsili

Nuxada natamam-orta,

1927 – 1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda ana dili və ədəbiyyat müəllimi ixtisası üzrə orta-ixtisas təhsili alıb.

1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1931-ci ildən Nuxa şəhər və kənd məktəblərində ana dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb.

1937 – 1941-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında əvvəl ədəbi işçisi, sonra şöbə müdiri və nəhayət, 1941-ci ildə redaktor əvəzi olub.

1945-ci ildən – 10 ildən artıq müddət ərzində, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru,

1948 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,

1958 – 1965-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,

1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.

1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləyib; uzun müddət cəmiyyətin redaksiya-nəşriyyat şöbəsinin redaktoru, əmək fəaliyyətinin son illərində isə həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olub.

Digər

Böyük Vətən müharibəsində (1941–1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.

Ədəbi-publisistik fəaliyyəti

1924-cü ildən – 14 yaşından ədəbi, 1932-ci ildən “Nuxa fəhləsi” qəzetində publisistik fəaliyyətə başlayıb.

1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,

1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

Təltif və mükafatları

Vəfatı

30 mart 1997-ci il tarixdə, 87 yaşında, vəfat edib.

İstinadlar və qeydlər

Ədəbiyyat

  1. Джаббаров Мамедия Сулейман-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  2. Məmmədov S. Cəmiyyət üçün (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —3 sentyabr  c. — № 23 – 24 (1373). — Səh. 4.
  3. Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14  c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.
  4. Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 225-228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə