Müseyib Sadıqov
Müseyib Sadıqov | |
---|---|
Sadıqov Müseyib Əlibala oğlu | |
Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli. | |
Anadan olub | 1906 |
Vəfat edib | 1938 | (32 yaşında)
Müseyib Sadıqov (1906-1938) — sovet dövrünün ilk onilliklərində Nuxada fəaliyyət göstərmiş partiya və komsomol fəalı, tanınmış şair və jurnalist.
Haqqında məlumatlar
1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.
Təhsili
Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.
Əmək fəaliyyəti
Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.
1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərindən birində işləyib.
1930 – 1937-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri və bir müddət isə qəzetin redaktoru olub.
1937 – 1938-ci illərdə Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili vəzifəsində çalışıb.
Siyasi-ictimai fəaliyyəti
İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.
1934-cü ildə Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibini əvəz edirdi.
Bədii yaradıcılığı
1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Vəfatı
1938-ci ildə həbs olunaraq güllələnmə cəzasına məhkum edilib.
Ədəbiyyat
- Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 194-196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 1906-cı ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1938-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə