Cahangir İsmayılov
Cahangir İsmayılov | |
---|---|
İsmayılov Cahangir Səlim oglu | |
Cahangir İsmayılov | |
Cahangir İsmayılov. | |
Doğum tarixi | 12 iyun 1936 |
Doğum yeri | Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 15 yanvar 2010 (73 yaşında) |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə-kredit kafedrası (dosent) |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisadiyyat fakültəsi (1959–1964) • aspirantura, qiyabi (1967–) |
Elmi rəhbəri | professor V.B.Liberman |
Adının digər versiyaları | Джахангир Исмаилов, Ҹаһанҝир Исмајылов |
Cahangir İsmayılov (1936–2010) — iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit kafedrasının dosenti.
Haqqında məlumatlar
12 iyun 1936-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
1945 – 1955-ci illərdə Baş Göynük kənd orta məktəbində
1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
1967-ci ildə qiyabi aspiranturaya daxil olub.
Hərbi xidmətdə
1955 – 1958-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1964-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində çalışıb, o cümlədən,
1975-ci ildən dosent vəzifəsini tutub. Daha sonralar isə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1972-ci ildə “Sənaye müəssisələrində hazır məhsul uçotu informasiyasının təhlili və təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
6 dərs vəsaiti və 20 elmi məqaləsi çap olunub.
Müxtəlif illərdə Moskva, Kiyev, Donetsk, Lvov və Leninqradda elmi-praktik konfranslarda iştirak edib.
Vəfatı
15 yanvar 2010-cu il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Cahangir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 287-288. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1936-cı ildə doğulanlar
- 12 iyunda doğulanlar
- İyunda doğulanlar
- 15 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə