AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi | |
---|---|
|
|
Növü | elmi-tədqiqat mərkəzi |
Yaranma tarixi | 1972 |
Direktoru | Yusif Şükürlü |
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Şəkidə yerləşən regional elmi-tədqiqat müəssisəsi.
Tarixi
14 aprel 1972-ci il tarixdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası kimi yaradılıb.
1995-ci ildə Şəki Zona Elmi Bazasında geologiya, genofond, biokimya və biofizika qrupları fəaliyyət göstərmişdir.
6 aprel 1995-ci il tarixdə elmi bazaya “AMEA Şəki Regional Elmi Mərkəzi” adı (statusu) verilib və burada yeni laboratoriyalar – sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıb; elmi baza dövründəki 5 qrup isə “laboratoriya” adlandırılıb və laboratoriya kimi fəaliyyət göstərməyə başlayıb.
2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, laboratoriyalar şöbə adlandırılıb və adlarında isə bəzi dəyişikliklər edilib (yeni adları: 1. Landşaftşünaslıq; 2. Ekoloji coğrafiya; 3. Bitkilərin biokimyası; 4. Molekulyar biofizika; 5. Tut ipəkqurdunun seleksiyası; 6. Bitkilərin genofondu və biomüxtəliflik; 7. Folklorşünaslıq və el sənətləri; 8. Tarixi irs və etnoqrafiya şöbələri).
Direktorları
- Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru (1972–2014);
- Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (2014-cu ildən).
Ədəbiyyat
- "Şəki Regional Elmi Mərkəzi". ttp://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. June 3, 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |