İbrahim Məmmədov (professor)
İbrahim Məmmədov | |
---|---|
Məmmədov İbrahim Qərib oğlu | |
İbrahim Məmmədov (2022). | |
Doğum tarixi | 16 oktyabr 1970 |
Doğum yeri | Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universiteti, kimya fakültəsi (1993–1997) |
Mükafatları | |
Facebook səhifəsi |
İbrahim Məmmədov — kimyaçı alim-pedaqoq, kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin neft kimyası və kimya texnologiyası kafedrasının müdiri.
Haqqında məlumatlar
16 oktyabr 1970-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini bitirib.
1993 – 1997-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1991 – 1992-ci illərdə fəhlə işləyib.
1997-ci ildən Bakı Dövlət Universitetinin neft kimyası və kimya texnologiyası kafedrasında çalışır.
2019-cu ildən Bakı Dövlət Universitetinin neft kimyası və kimya texnologiyası kafedrasının müdiridir.
Elmi fəaliyyəti
2004-ci ildə namizədlik,
2011-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.
2007-ci ildə dosent,
2012-ci ildə isə professor elmi adını alıb.
360-dan çox elmi məqalənin, 6 kitabın və 10 patentin müəllifidir.
Təltif və mükafatları
- Bakı Dövlət Universitetinin 90 və 95 illik yubileylərində “Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də Bakı Dövlət Universiteti rektorunun fəxri fərmanları.
- “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı (25 noyabr 2019-cu il)[1].
Digər
1988 – 1990-cı illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
Ailəsi
Ailəlidir, bir övladı var.
İstinadlar
- ↑ "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilməsi barədə" (PDF). http://edu.gov.az/ (azərb.). Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı. 25 noyabr 2019-cu il. 27 Nov 2019 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 269. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Kimya fakültəsi : Məmmədov İbrahim Qərib oğlu : [arx. 22 Nov 2018 - 18 Sep 2020] // [ttp://chemistry.bsu.edu.az/ Bakı Dövlət Universiteti kimya fakültəsi]. — 2017. — 20 sentyabr. — Müraciət tarixi: 11.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 16 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1970-ci ildə doğulanlar
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə