İmran Hacıyev
İmran Hacıyev | |
---|---|
Hacıyev İmran Mustafa oğlu | |
İmran Hacıyev | |
İmran Hacıyev. | |
Doğum tarixi | 15 dekabr 1929[qeyd 1] |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 3 dekabr 2017 (87 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, dəmiryol fakültəsi (1947–1950) • Azərbaycan Politexnik İnstitutu, dəmiryol fakültəsi (1950–1952) |
Həyat yoldaşı | Afərdə Hacıyeva |
Evladları | İlahə İbrahimova və Mustafa Hacıyev |
Atası | Hacıyev Mustafa Hacıhəmid oğlu |
Anası | Hacıyeva Minayə Məmmədsadıq qızı |
Mükafatları |
|
Adının digər versiyaları | Imran Haciyev, Имран Гаджиев, Имран Һаҹыјев |
İmran Hacıyev (1929–2017) — dəniz neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. Texnika elmləri doktoru, professor Fərman Hacıyevin (1929–2002) əkiz qardaşıdır.
Haqqında məlumatlar
15 dekabr 1929-cu il tarixdə[qeyd 1] Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1947 – 1950-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun dəmiryol fakültəsində,
1950 – 1952-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunun bazasında yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunun dəmiryol fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1971-cı ildə texnika elmləri namizədi elmi dərəcəsini alıb.
Neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 120-dən çox elmi əsərin və 6 müəllif şəhadətnaməsinin müəllifidir.
Əmək fəaliyyəti
1952-ci ildən “Voroşilovqradstroy” trestində (Voroşilovqrad (indiki Luqansk, Ukrayna)) əvvəl iş icraçısı, sonra sahə rəisi,
1956-cı ildən “Qipromorneft” (“Dənizneftqazlayihə”) Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) mühəndis-konstruktor, sonra böyük mühəndis,
1964 – 1999-cu illərdə layihənin baş mühəndisi vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib.
Təltif və mükafatları
- Azərbaycan SSR Dövlət Mükafatı – “Xəzər dənizinin böyük dərinliklərində iri neft və qaz yataqlarının aşkar edilməsinin və mənimsənilməsinin sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiq olunması üçün” mövzusunda tədqiqatlarına görə (26 may 1991-ci il);
- “Tərəqqi” medalı (20 sentyabr 2001-ci il);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (18 sentyabr 2008-ci il).
Vəfatı
3 dekabr 2017-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Qeyd
- ↑ 1,0 1,1 Əkiz qardaşı Fərman Hacıyevin (1929–2002) sənədlərində isə təvəllüd tarixi 1 ay fərqlidir: 15 noyabr 1929-cu il. Görünür sənıdləşmə zamanı əkizlərdən hansınınsa doğum tarixində texniki səhvə yol verilmişdir.
Ədəbiyyat
- İmran və Fərman Hacıyevlərin şəxsi işləri. — Müraciət tarixi: 10.12.2023.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev İmran // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 218-219. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1929-cu ildə doğulanlar
- 15 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 3 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr