Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Bahar Cəfərova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:34, 2 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Bahar Cəfərova
Cəfərova Bahar Cumay qızı
Bahar Cəfərova
Bahar Cəfərova.
Doğum tarixi 3 may 1953 (1953-05-03) (71 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri

 • Fövqəladə Hallar Nazirliyi

 • Azərbaycan Texniki Universiteti
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1970–1974)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
Adının digər versiyaları Bahar Ceferova, Bahar Cafarova, Бахар Джафарова, Бахар Джеферова, Бахар Джефарова, Баһар Ҹәфәрова
facebook səhifəsi

Bahar Cəfərova — filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı.

Haqqında məlumatlar

3 may 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1960 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbində,

1970 – 1974-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) ingilis dili fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1974-cü ildə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda laborant,

1974 – 1989-cu illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tərcüməçi,

1989 – 2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi dillər kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

2009 – 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında humanitar fənlər kafedrasının müdiri olub.

2017-ci ildən Fövqəladə Hallar Nazirliyində dövlət qulluqçusu vəzifəsində çalışır.

İkinci iş yerləri

Müxtəlif illərdə Heydər Əliyev adına Hərbi Ali məktəbdə, Gömrük Komitəsinin Tədris Mərkəzində, Özəl Naxçıvan Universitetində, Özəl Dağıstan Universitetində işləyib, o cümlədən, Təfəkkür və Dağıstan universitetlərində kafedra müdiri olub, 2016-ci ildən isə Azərbaycan Texniki Universitetinin professorudur.

Elmi fəaliyyəti

1994-cü ildə “Terminoloji lüğətlərin elmi əsasları və tərtibi prinsipləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1998-ci ildə dosent elmi adını alıb.

2006-cı ildə “İngilis və Azərbaycan dillərində felin zamanlar sistemi” (müqayisəli-tipoloji tədqiqat) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2012-ci ilin oktyabr ayında professor elmi adını alıb.

Respublika və beynəlxalq konfranslarda iştirak edib.

Çoxlu sayda dərs vəsaitlərinin və proqramlarının elmi redaktorudur, doktorantlara rəhbərlik edib, doktorluq və namizədlik dissertasiyalarının opponenti olub.

2 monoqrafiyanın, 2 dərsliyin, 2 metodik vəsaitin, 7 biblioqrafiyanın, 3 tədris proqramının və 80-dən çox elmi məqalənin, 1 lüğətin və 1 şeir kitabının müəllifidir.

Digər

2009 – 2010-cu illərdə Azərbaycan Dillər Universiteti nəzdində filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü olub.

2013 – 2015-ci illərdə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasının üzvü olub.

2017 – 2019-cu illərdə Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü olub.

2020-ci ildə yenidən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasına üzv seçilib.

Mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cəfərova Bahar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 100. — 1.000 nüsx.
  2. Cəfərova Bahar Cumay qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 259-260. — ISBN 978-9952-441-10-9.