Mikayıl Cəbrayılov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:39, 15 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mikayıl Cəbrayılov
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov
Doğum tarixi 27 aprel 1952(1952-04-27)
Doğum yeri Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 dekabr 1990 (38 yaşında)
Vəfat yeri Xocalı rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Hərbi fəaliyyəti
Təltifləri "Qırmızı Ulduz" ordeni Azərbaycanın Milli Qəhrəmanı
Commons-logo.svg Commonsda da Mikayıl Cəbrayılov ilə əlaqəli mediafayllar var

Mikayıl Cəbrayılov (Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d.  27 aprel 1952-ci il, Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ; ö.  15 dekabr 1990-cu il, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ) – Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan sovet milis zabiti. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğludur.

Haqqında məlumatlar

Monument and grave of Mikayil Jabrayilov in Okhud village of Shaki.JPG

27 aprel 1952-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.

1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.

1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.

Əmək fəaliyyəti

1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.

1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.

Şəhid olması

12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.

Şəki rayonunun Oxud kəndində dəfn edilib.

Ailəsi

Ailəli idi. Bir övladı var.

Təltifləri

Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xatirəsi

Şəki şəhərində adına küçə var.

Həlak olduğu kənd onun adını daşıyır.

Mənbə

Şablon:Yaxşı məqalə