Elvin Nuri
Elvin Nuri | |
---|---|
Nuri Elvin Elşən oğlu | |
Elvin Nuri. | |
Doğum tarixi | 1999 |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Əsərlərinin dili | azərbaycanca |
səhifəsi |
Elvin Nuri — gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı.
Haqqında məlumatlar
1999-cu ildə Şəkidə anadan olub.
Təhsili
2005 – 2012-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində təhsil alıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini, Bakı Xoreoqrafiya Məktəbini və Bakı Xoreoqrafiya Akademiyasını bitirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.
Əmək fəaliyyəti
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında baletmeyster-xoreoqraf vəzifəsində işləyir.
Ədəbi-bədii yaradıcılığı
2011-ci ildən ədəbi-bədii yaradıcılığa başlayıb.
2016-cı ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin üzvüdür.
Bir sıra mətbuat vasitələrində, “Bölgədən səslər-5” toplusunda və Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda şeirləri çap olunub.
28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub.
Təltif və mükafatları
Gənclər və İdman Nazirliyinin fəxri fərmanı.
Ədəbiyyat
- Orsər R. Elvin Nuri // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 840-844. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Dadaşov M. Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub : [arx. 28.09.2021] // AZƏRTAC. — 2021. — 28 sentyabr. — Müraciət tarixi: 28.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |