Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aytən Rüstəmova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Həmçinin, bax:) tərəfindən edilmiş 13:48, 14 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aytən Rüstəmova
Rüstəmova Aytən Nadir qızı
Aytən Rüstəmova
Aytən Rüstəmova
Anadan olub 15 oktyabr 1976 (1976-10-15) (48 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Teymur Rüstəmov
Atası Nadir Şakir oğlu Qiyasov, geofizik
Anası Güllər Məmmədiyyə qızı Qiyasova
Təhsili

 • Azərbaycan Xarici Dillər Universiteti, (bakalavriat, 1993–1997; magistratura, 1997–1999)

 • “Xəzər” Universiteti, biznesin idarəolunması ixtisası (2003–2007)

Aytən Rüstəmova — Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rüstəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Haqqında məlumatlar

15 oktyabr 1976-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq,

1986 – 1990-cı illərdə orta təhsilini əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində rus dilində,

1990-cı ildə ailəsinin Azərbaycana geri dönməsindən sonra isə yenidən Bakıda, amma rus dilində davam etdirib.

1993 – 1997-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində bakalavr pilləsi üzrə,

1997 – 1999-cu illərdə isə magistr pilləsi üzrə təhsili alıb.

2003 – 2007-ci illərdə “Xəzər” Universitetində biznesin idarəolunması ixtisası üzrə ikinci ali təhsil alıb.

Əmək fəaliyyəti

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Düşənbədə, 2017-ci il (Aytən Rüstəmova – soldan üçüncü, birinci vitse-prezident Fil Bennet sağdan üçüncü və digər şəxslər).

2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı bürosuna işə götürülüb.

2017-ci ilin aprel ayından isə Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosuna rəhbər göndərilib.

1 sentyabr 2021-ci il tarixdən Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktorudur.

Bloger və tərcüməçi fəaliyyəti

2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.

Ailəsi

Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.

Ədəbiyyat

  1. Интервью с блогером Айтан Гияс-Рустамовой (24.04.2013) – studenti.az;
  2. “Sheki, Azerbaijan”;
  3. “Aytenqiyasru”.
  4. EBRD appoints Ayten Rustamova as new Head of Tajikistan (https://www.ebrd.com).
  5. Məşhur Paulo Koelonun “Əlkimyagər” romanı azərbaycan dilinə tərcümə edilmişdir (AZƏRTAC - 11.10.2006).
  6. Lider TV programme. Ayten Qiyas-Rustamova. 01.04.2008 (youtube.com)




  1. Фарид Алыев, Л.А. Айтен Гияс-Рустамова. «35 - это когда...» : [arx. 14 Ok 2021] : [rus.] // 1news.az. — 2011. — 22 октября. — Müraciət tarixi: 14.10.2021.
  2. Айтен Гияс-Рустамова. Айтен Гияс-Рустамова. Первая неделя школы уже за плечами… : [arx. 8 May 2019 - 19 Jan 2021] : [rus.] // 1news.az. — 2012. — 26 сентября. — Müraciət tarixi: 14.10.2021.
  3. Айтен Рустамова стала главой ЕБРР по Кыргызстану, Таджикистану и Туркменистану : [arx. 28.06.2021] : [rus.] // 24.kg. — 2021. — 28 июня. — Müraciət tarixi: 14.10.2021.

Həmçinin, bax: