Şablon:Bilirsinizmi?
Jump to navigation
Jump to search
Xəbərlər arxivi>>
- 3 – 9 yanvar 2022-ci il tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində Şəki Şəhər Şahmat Məktəbinin nümayəndəsi İslam Hacəliyev U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.
- 30 noyabr 2021-ci il tarixdə Qaraheybət Aviasiya Poliqonu üzərində həyata keçirilən helikopterlə təlim uçuşları zamanı baş vermiş qəzada həlak olmuş 14 hərbçidən biri — Elçin Nəbiyev, əslən Şəki rayonunun Baş Göynük kəndindən, digəri — Ceyhun Əhmədxanov isə əslən Şəki rayonunun Qumux kəndindəndir. O cümlədən, bu qəzada yaralanmış 2 hərbçidən biri — Ramin Ədilov, əslən Şəki rayonunun Baş Göynük kəndindəndir.
- 7 noyabr 2021-ci il tarixdə sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr Nurəddin Həbibullahzadə (1933–2021) 88 yaşında, Şəkidə vəfat edib.
- 1 noyabr 2021-ci il tarixdə tanınmış pedaqoq, Şəki Dövlət Regional Kollecinin direktor müavini Teymurçin Məmmədov (1953–2021) 68 yaşında, Şəkidə vəfat edib.
- 16 oktyabr 2021-ci il tarixdə tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer Aslan Rüstəmova “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı verilib.
- 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.
- 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru vəzifəsinin icrasına başlayıb.
- 29 avqust 2021-ci il tarixdə Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Üzeyir Hacıbəylinin heykəli ata-oğul – Aslan Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanmışdır.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |